Ronaldo Turin prokurorluğu ilə əməkdaşlıqdan imtina etdi

28.10.2022 16:16 321
Dünya futbolu
“Mançester Yunayted”in xavbeki Kazemiro klub saytına müsahibəsində çətin dönəm yaşayan Kriştiano Ronaldo haqda da danışıb:

“Ondan başlayaq ki, Ronaldo mənlə Antoninin dostudu, keçdiyimiz andan bəri daim bizə yardım edib. Ronaldo möhtəşəm adamdı. Onu hələ “Real”da birgə çıxış etdiyimiz vaxtdan tanıyıram, uzun müddət birgə çalışmışıq. Onun ənəvəvi qolu bayram etmək tərzi hamıya məlumdu. Komandamız üçün nə qədər çox qol vursa, bir o qədər yaxşıdı”.


Ronaldo ilə bağlı daha bir maraqlı xəbər var. Portuqaliyalı ulduz prokurorun “Yuventus”dakı maaşını açıqlamaq tələbini yaxın buraxmayıb. “La Stampa”nın yaydığı xəbərə görə, Turin prokuroru “Yuventus”dakı maliyyə pozuntuları ilə bağlı araşdırma çərçivəsində hazırda MY-nin şərəfini qoruyan forvarddan İtaliya klubundakı maaşının məbləğini açıqlamağı tələb edib. Ronaldo isə bundan boyun qaçırıb və Turin prokurorluğu ilə əməkdaşlıq etməyi lazım bilməyib.
Xatırladaq ki, hələ ötən ilin noyabrında “Yuventus”un prezidenti Andrea Anyellinin, vitse-prezidenti Pavel Nedvedin və daha dörd adamın istintaqa çağırıldığı bəlli olmuşdu. Onlar 50 milyon avroluq saxta maliyyə hesabatı hazırlamaqda şübhəli bilinir.