• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ukrayna bu rəqiblə matçda bizim qədər qol epizodları yaratmamışdı"

Yığma / Manşet

12-10-2023, 21:0

Avropa çempionatının seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Şimali İrlandiyaya məğlub olub.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra yığmamızın çalışdırıcısı Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb. Sizi onun fikirləri ilə tanış edirik:

"Uşaqların əziyyətinə heyfim gəlir. Həqiqətən də bu gün yaxşı oynadılar. Rəqibi təhlil etmişdik. Bilirdik ki, haradan təhlükə yarada bilərlər. Təəssüf ki, standart vəziyyətdən sonra qol buraxdıq. Qol vəziyyətlərindən istifadə edə bilmədik, penaltidən yararlana bilmədik. Dörd gündən sonra bizi evdə Lüksemburqla oyun gözləyir. Bu matçı unudub qısa zamanda növbəti görüşə hazırlaşıb üç xal götürmək lazımdı".


- Rəqib azlıqda oynadı. Niyə bu üstünlükdən istifadə edə bilmədiz?
- Əksinə, rəqib 10 nəfərlə qalanda bildim ki, bizim problemlərimiz olacaq. Çünki, daha çox qapandılar. Rəqibin Ukrayna və Lüksemburqla oyunlarını dərindən təhlil etmişdik. Oyunun əvvəllərində yaratdığımız qol vəziyyətlərindən və penaltidən istifadə etmək lazım idi. Bilmirəm, uşaqlarda bəlkə də həyəcan oldu.

- Penaltini öncə Fərid Yusifli vurmaq istəyirdi. Camal Cəfərov israr edərək topu götürdü. Komandanın əsas penaltiçisi kimdi?
- Fərid Yusifli yəqin ki, ona ürək-dirək verirdi. Bizdə penaltiləri Ramin Nəsirli və Camal Cəfərov vurur. Bu, futboldu. Ola bilir.

- Şimali İrlandiya üçüncü oyunda ilk qələbəsini qazandı. Biz nə vaxt qalib gələcəyik?
- Yəqin ki, oyuna baxdınız. Perspektiv gördüz? Bu qədər qol epizodları yaratdıq. Rəqibin Ukrayna ilə oyununu təhlil etmişdik. Ukrayna bu rəqiblə matçda bizim qədər qol epizodları yaratmamışdı. Sadəcə istifadə edə bilmədik.

- Komandada premyer-liqada oynayan futbolçular azdı. Bu, nəticəyə nə dərəcədə təsir edir?
- Çox dərinə getməyəcəm. Hər şey göz qabağındadı. Əlbəttə biz də istəyərdik ki, keyfiyyətli oyunçuların sayı çox olsun. Bu gün meydanda olanlardan yalnız Veysəl Rzayev, Abdulla Rzayev və Yusif İmanov premyer-liqada oynayır. Digərləri 1-ci liqada və əvəzedicilərin çempionatında çıxış edir. Buna baxmayaraq, Şimali İrlandiyaya qarşı pis futbol sərgiləmədik.

- Ağadadaş Salyanskini əvəzləməyinizin səbəbi nə idi?
- Daha çox yerlə oynamaq istədik. Rəqib "ikinci mərtəbə"də qoldan başqa təhlükəli vəziyyət yaratmadı. İndi çox şey demək olar. Soyuq başla səhvləri təhlil edəcəyik. Şimali İrlandiya ilə səfərdə də oyunumuz var. Bu rəqibə qarşı oynamaq və qalib gəlmək olar.

- Ardıcıl iki məğlubiyyət üçüncü oyunda problem yaratmayacaq?
- Bu oyunu qısa bir vaxtda unudub futbolçarı psixoloji cəhətdən hazırlayıb yaxşı nəticəyə ümid edəcəyik.

- Buraxılan qolda Yusif İmanovu günahlandırırsız?
- Xeyr. Orda Ağadadaş Salyanski oynamalı idi. Təəssüf ki, "yatdı".

- Lüksemburqa qarşı oynamaq mümkün olacaq?
- Hər rəqibə qarşı oynamaq mümkündü.

- Oyundan sonra baş verən insident haqda nə deyə bilərsiniz?
- Əlbəttə ki, kapitan elə hərəkət etməməlidi. Bu da məğlubiyyətin acısıdı. Futbol emosiya oyunudu. Buna baxmayaraq, futbolçulara hər dəfə tapşırırıq ki, davranışlarına diqqət etsinlər. Yenə də söhbət edəcəyik. Məğlubiyyəti də bacarmaq lazımdı. Üzgünük. Həm qol vura bilmədik, həm xal qazana bilmədik. Ümid edirik ki, Lüksemburqla oyunda üç xal qazanacağıq.

Paylaş:
Digər xəbərlər

Yığma

27-09-2022, 22:0

"Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindi" - Samir Əliyev

Yığma

12-08-2022, 19:0

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Premyer-liqa / Manşet

16-09-2023, 20:0

"Rəqibə təhlükəli epizod vermədik" - Adrian Mutu

Yığma / Manşet

12-10-2023, 19:0

Millimiz məğlub oldu - YENİLƏNİB

Premyer-liqa / Manşet

8-04-2023, 20:0

"Bu hakimliklə qazanmaq şansımız yox idi" - Murad Musayev

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə