Şahmatçılarımız "Qatar Open"də mübarizə aparacaq

11.10.2023 14:33 232
İdman
5 şahmatçımız bu gün Qətərin paytaxtı Dohada start götürəcək beynəlxalq yarışda iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, "Qatar Open"də Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva mübarizə aparacaq.

Qeyd edək ki, 155 idmançının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək.

9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) kimi tanınmış qrossmeysterlər də gücünü sınayacaq.

Yarışın mükafat fondu 110 min ABŞ dolları təşkil edir.