Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Monteneqronun Petrovaç şəhərində keçiriləcək şəxsi Avropa çempionatına yollanacaq heyəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, komanda martın 18-də start götürəcək qitə birinciliyində 14 şahmatçı ilə mübarizə aparacaq.
Azərbaycanı yarışda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər.
11 turdan ibarət olan Avropa çempionatında 35 ölkə iştirak edəcək. Martın 29-dək davam edəcək turnirin mükafat fondu 60 000 avro təşkil edir.