Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan şahmat turniri keçirilir.
"Football-plus.az" xəbər verir ki, yarışda Azərbaycanı Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra turnir cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Məmmədova isə 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.
Qeyd edək ki, 9 turdan ibarət yarışın ümumi mükafat fondu 50 000 ABŞ dollarıdır. Turnirin baş hakimi azərbaycanlı İlahə Qədimovadır.
Yarışda 10 ölkədən 111 iti zəka sahibi mübarizə aparır.
Qadın şahmatçımız beynəlxalq turnirdə mübarizə aparır
İdman



