Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
"Football-plus.az" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra arena 1-ci Divizion matçlarını qəbul etmək üçün məqbul hesab olunub.
“İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu aprelin 12-də “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16.00-da start götürəcək.