• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

FİFA 3 qitəni və 6 ölkəni birləşdirdi! - TƏHLİL

Dünya futbolu

9-10-2023, 13:0

Nəhayət, 2030-cu ilə təyin olunan dünya çempionatının təşkilatçısı ilə bağlı suala cavab tapılıb. Mundialın hansı regionda – Cənubi Amerikada, yoxsa Avropa və Afrikada (şərikli) keçiriləcəyi sual doğururdu. Hər üç qitədə futbolun daha çox inkişaf etdiyi iddiaçılar vardı. Maraqlıdı ki, FİFA çətin vəziyyətdən çıxış yolunu qeyri-adi şəkildə tapıb.

"Football-plus.az" xəbər verir ki, DÇ-2030 birdən-birə 3 qitədə və 6 ölkədə keçiriləcək! Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Təşkilatın Şurasının son iclasında nəhəng turnirin oyunlarının evsahibliyi etmək üçün FİFA-ya rəsmən müraciət edən bütün ölkələrdə keçirilməsi qərara alınıb. Beləliklə, təxminən 7 ildən sonrakı mundial Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliyada təşkil ediləcək.

Əksər oyunlar Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. Maraqlıdı ki, Cənubi Amerikada yalnız üç matç keçiriləcək. Mundialın açılış matçı yarışın 100 illiyi ilə əlaqədar Uruqvayda təşkil ediləcək. Xatırladaq ki, ilk dünya birinciliyinə bu ölkə evsahibliyi edib. Finalda Argentinaya qalib gələn Uruqvay yığması ilk çempion kimi tarixə düşüb. Məsələnin ikinci qeyri-adi tərəfi birdən-birə üç açılış matçının təşkil ediləcəyi ilə bağlıdı. Argentina və Paraqvayda keçiriləcək oyunların iştirakçılarından biri bu ölkələrin komandası olacaq. Amma bu da var ki, Cənubi Amerikanın təşkilatçı ölkələrinin komandaları turnirə birbaşa vəsiqə ilə təmin olunmayacaq. Başqa sözlə, Uruqvay, Argentina və Paraqvay yığmaları regionun digər komandaları kimi seçmə oyunlarda iştirak edəcəklər. İlkin plana əsasən, DÇ-2030-un finalına “Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionu səhnə olacaq.

Artıq oyunların necə paylanacağı da məlum olub. Doğrudu, bu, rəsmi məlumat deyil. Bu barədə COPE məlumat yayıb. İlk 3 matçın Cənubi Amerikada - Uruqvay, Argentina və Paraqvayda olacağını bildirdik. Radiostansiyanın jurnalisti İsaak Futonun bildirdiyinə görə, turnirin oyunları İspaniyada 11, Portuqaliyada 3, Mərakeşdə isə yalnız 1 stadionda keçiriləcək. İspaniyada dünya çempionatının oyunlarının Madriddəki “Santyaqo Bernabeu” və “Metropolitano”, Barselonadakı “Kamp Nou” və Sevilyadakı “La Kartuxa” stadionlarında keçiriləcəyi dəqiqdi. COPE-nin məlumatına inansaq, Mərakeş Futbol Federasiyası (MFF) bu bölgüdən narazı qalıb və FİFA-dan daha çox oyunun təşkilini istəyib. MFF əvvəlcədən FİFA-ya Mərrakeş, Rabat, Aqadir, Kasablanka, Tanjer və Fes şəhərlərindəki 6 stadion təklif edib. Maraqlıdı ki, qurumun rəhbərliyi hətta sifariş ərizəsində final matçının Kasablankada təşkilinə hazır olduğunu da qeyd edib. Bu istək baş tutmayacağı halda isə yarımfinal oyunlarından birinin Mərakeşdə keçirilməsini təklif edib. Bunu jurnalistlərə MFF-nin prezidenti Fauzi Kekya açıqlayıb.

Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexandro Dominges FİFA-nın qərarına “X” sosial şəbəkəsi vasitəsilə belə münasibət bildirib:

“Buna inanırdıq. 2030-cu ildə keçiriləcək mundial ilk dəfə təşkil olunduğu məkanda başlayacaq. Uruqvay, Argentina və Paraqvay yubiley çempionatının açılış matçlarını qəbul edəcək”.


Maraqlıdı, FİFA-nın prezidenti belə seçimi necə izah edir? Canni İnfantino dünya çempionatının 3 qitədə və 6 ölkədə keçirilməsi ilə bağlı qərarı belə şərh edib:

“FİFA və futbol bölünmüş dünyada birləşir. Bütün dünya futbolunu təmsil edən FİFA Şurası ilk dəfə 1930-cu ildə Uruqvayda təşkil edilən dünya çempionatının 100 illiyini ən layiqli şəkildə bayram etməyə yekdilliklə səs verib. Bu münasibətlə böyük turnir Cənubi Amerikada start götürəcək. Uruqvay, Argentina və Paraqvay yubiley çempionatının açılış matçlarını təşkil edəcək. Bu matçlardan birincisi, əlbəttə ki, mundialın ilk oyununun keçirildiyi Montevideodakı əfsanəvi “Sentenario” stadionunda oynanılacaq. FİFA Şurası həmçinin dünya çempionatının qalan matçlarının təşkilatçı olan Mərakeş, İspaniya və Portuqaliyada keçirilməsinə yekdilliklə razılaşıb. Afrika və Avropa qitələri yalnız futbol bayramı üçün deyil, həm də unikal sosial və mədəni birlik naminə birləşib. Sülh, təmkinlik və inklüzivlik üçün necə gözəl aksiyadı... 2030-cu ildə unikal qlobal tədbir keçiriləcək: üç qitə - Cənubi Amerika, Avropa, Afrika və 6 ölkə - Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliya mundialın 100 illiyini birgə qeyd etməklə dünyanı salamlayacaq və birləşdirəcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-10-2023, 20:0

Poqbanın cəzası nə olacaq?

Dünya futbolu

13-09-2023, 12:0

Poqba dopinq qəbul edib?

Dünya futbolu

6-02-2023, 22:0

Dünya çempionu “Yuventus”a lazım deyil?

Dünya futbolu

10-07-2022, 21:0

Poqbanın təqdimatı bazar ertəsi olacaq

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 108
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə