Poqba dopinq qəbul edib?

13.09.2023 12:37 249
Dünya futbolu
Son vaxtlar zədə sindromuna görə çox əziyyət çəkən Pol Poqbanın başı dərdən qurtulmur.

"Football-plus.az" xəbər verir ki, onun dopinq qəbul etməsi ilə bağlı şübhə ortaya çıxıb.

“Qazzetta dello Sport”un yazdığına görə, “Yuventus”un yarımmüdafiəçisindən A seriyasının 1-ci turunun avqustun 20-də keçirilən “Udineze” ilə oyunundan götürülən test müsbət nəticə verib. Xatırladaq ki, dünya çempionu komandasının 3:0 hesabıyla qalib gəldiyi həmin matçda iştirak etməyib. “Qazzetta dello Sport” 30 yaşlı fransalı futbolçunun dopinqlə bağlı probleminin testosteronun səviyyəsi ilə bağlı olduğunu qeyd edib.