AFFA-nın Hakimlər Komitəsinin sədri UEFA-dan növbəti təyinat aldı

9.10.2023 10:52 208
Ölkə futbolu
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən növbəti təyinat alıb.

“Football-plus.az” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.

Türkiyəli mütəxəssis oktyabrın 13-də keçiriləcək Malta – Belçika görüşünün hakim-inspektoru olacaq.