AFFA rəsmisi Avropa Liqası oyununa təyinat aldı

3.10.2023 16:08 206
Dünya futbolu
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Serbiyada yerli “Baçka Topola” və Yunanıstanın “Olimpiakos” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyununda hakim-inspektor olacaq.

Qarşılaşma oktyabrın 5-də “TSC Arena”da gerçəkləşəcək.