• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bəlkə, sarıları yersiz verdilər?"

Premyer-liqa / Manşet

8-10-2023, 23:0

Misli premyer-liqasında 9-cu tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ" "Neftçi"ni məğlub edib - 2:0. Matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Hər iki komandaya təşəkkür edirəm. Azarkeşlər üçün çox yaxşı oyun göstərdilər, yaxşı mübarizə var idi. Hər iki komanda çox istəkli idi. Futbolçularıma da ayrıca təşəkkür edirəm ki, xarakter göstərdilər, oyundan qopmadılar, bütün fikirləri oyunda oldu. Vacib oyun idi. İstəyirdik ki, tsikli qələbə ilə başa vuraq. Bu da alındı. Bu stadionda oynamaq həmişə mən və futbolçular üçün çox xoşdu. Yaxşı atmosfer olur həmişə. Əsasən də "Neftçi" - "Qarabağ" matçlarında".

- Oyun da gərgin oldu, siz də. Hətta ilk yarıda hakimə etiraz etdiz...
- Gərgin deyildim, oyunun içində idim. Qarşılaşmada olan notlardı. Bir neçə epizod oldu, bəlkə kənardan belə görürüdük. Bəlkə də hansısa sarı kart verməli idi, vermədi, ya verməməli idi, verdi. Belə oyunda bəsit qərarlar olmaz. Ofsayd epizodunda gördüm ki, yox idi. Belə epizodları sona qədər buraxırlar. VAR var axı. O epizoda fikrimi bildirdim.

- İsveç səfərindən sonra "Qarabağ"ın daha ağır olacağı görünürdü. Amma tam əksini gördük...
- Düşünürdük ki, futbolçularda yorğunluq olacaq. Var idi də. İlk dəqiqələrdən bəzi oyunçular oyuna çətin girdilər, 10-15 dəqiqə daha rahat oynadılar. Heç üç sutka keçməmişdi "Həkken"lə görüşdən. Narahatçılığım da var idi. Bakıda oynasaydıq, daha rahat olardı. Gecəni yolda olduq. Belə oyunlarda xarakter lazım idi. Yorğunluğu beynindən atmaq, özünü məcbur etmək lazımdı. Futbolçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə qalxıb. Sağ olsunlar, həqiqətən sona kimi dinamikanı qoruyub-saxladılar. Sona yaxın oyun bəlkə çox da baxımlı olmadı. Amma hər halda futbolçularım yorğunluğa baxmayaraq, xarakter göstərdilər.

- Milli komandalara görə fasilə yaranacaq. Hazırda komandanız yaxşı formadadı. Fasilə komandaya pis, yoxsa yaxşı təsir edəcək?
- Bəzi oyunçulara yaxşı təsir edəcək, bəzilərinə pis. Burada qalanlara 3 gün istirahət verəcəyik ki, fiziki və psixoloji yorğunluqları arxada qalsın. Ancaq millidə oynayanlarımız var. Leo və Patrikin oyunu ayın 17-dədi. Halbuki, 21-də səfər oyunumuz var. Onların da səfər matçları haralardadı, bilirsiniz. İkinci oyunları Fransadadı, Avropadı. İstirahət mütləq lazımdı. Hər bir halda milliyə gedir, öz millisi üçün ən yaxşısını etməlidi. Gərginliyə və oyunlara dözməlidilər.

- "Səbail"lə matçdan sonra 6 oyun oynamısız və 6 fərqli heyət var. Komandanın sirri nədi ki, fərqli heyətlə oynasaz da, qalib gəlirsiz?
- Hər bir komandada çöküş olan vaxt var. Komanda öz optimal heyətini qoruyub-saxlaya bilməz. Vaxtında futbolçuları geri döndürmək lazımdı. Bilirdik ki, ciddi qrup və çempionat oyunları var. Biz daha çox vaxtı işimizə ayırdıq. Daha çox bazada olurduq. Rejimdəydik, əziyyət çəkdik, bəhrəsini gördük. Belə hallar olur. Bunu qoruyub-saxlamaq çətindi. Avrokubok oyunlarında iki dəfə artıq yorulur futbolçular. Aksiomadır. Böyük məşqçilər bunu deyir, böyük klublar bundan şikayət edir. Bədavi zədələndi, Juninyo riskli idi, Benziada ağrılar var idi. Zədəlilərimiz var. Amma həkim kollektivimiz bərpa və mikrozədə elementlərinə çox ciddi yanaşdılar, çox iş gördülər. Məncə, pis alınmadı. Böyük təcrübə oldu. Çünki bəzən elə olurdu ki, oyunun gedişatında Riçard Almeyda mərkəz müdafiəçisi oynayırdı. Rotasiyalar olurdu. Həm mənim, həm də futbolçular üçün böyük təcrübə oldu. Çətinlikləri düzgün qəbul edib, ona düzgün hazırlaşmaq hamımız üçün xoş oldu. Heç bir futbolçuya zədə arzulamıram. Azarkeş həmişə istəyir ki, yaxşı oyuna baxsın, meydanda sağlam, yaxşı futbolçular olsun. İnanıram ki, get-gedə bu problemlər də daha tez aradan qalxacaq. Təcrübə bunu deyir. Çox çalışdıq, bəhrəsini gördük.

- Sizcə, Julio Romao və Leandro Andrade yersiz sarı almadılar ki?
- Bəlkə, yersiz verdilər? Bəli, bir az da sakit olmalıdılar, özlərini intizamlı aparmalıdılar. Amma belə epizodlarda hər iki oyunçuya eyni cəza ağır olur. Verməsəydi, daha yaxşı olardı. Azarkeş mübarizə istəyir. Heç birinə verməsə daha yaxşı olardı.

- Bəhlul və Bədavinin son durumu necədi?
- Bəhlul dünən yüngül yürüyüş, qaçış etdi. Sınığı var idi. Tez bərpa olunan məsələ deyil. Belə zədələrdən sonra məşqlərə başlayanda ağrılar çoxalır. Bədavidə birinci dərəcəli dartılma var. 10 gün komanda ilə olmayacaq.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

2-05-2023, 22:0

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm”

Premyer-liqa / Manşet

20-08-2023, 22:0

"Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdı"

Premyer-liqa / Manşet

19-02-2023, 21:0

Qurban Qurbanov: "Özümə görə yox, "Qarabağ" və Azərbaycanın adının çəkilməsinə görə şadam"

Premyer-liqa / Manşet

28-05-2023, 22:0

“Ramili başqa ölkəyə yola salırıq”

Premyer-liqa / Manşet

17-05-2023, 23:0

“90 dəqiqə gözəl hücum futbolu oynadıq”

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Aktual
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Son xəbərlər
  • Bu gün, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Bu gün, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Bu gün, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Bu gün, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Bu gün, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Bu gün, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Bu gün, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Bu gün, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Bu gün, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Bu gün, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Bu gün, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Bu gün, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Bu gün, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Bu gün, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Bu gün, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Bu gün, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Bu gün, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Bu gün, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Bu gün, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Bu gün, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Bu gün, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 154
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 129
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə