Bu gün Misli premyer-liqasının 9-cu turunun mərkəzi qarşılaşmasında "Neftçi" və "Qarabağ" üz-üzə gələcək.
Bu önəmli matçla bağlı 2018-2020-ci illər aralığında Ağdam təmsilçisinin qapısını qorumuş braziliyalı Vaqner da Silva "Football-plus.az"a danışdı:
"Neftçi"yə qarşı oyun həmişə xüsusidi. Hər iki tərəfin məğlub olmaq istəmədiyi derbidi. Düşünürəm ki, "Qarabağ"ın bu matçda müəyyən üstünlüyü var. Lakin "ağ-qaralar"ın heyətində Qara Qarayev və Emin Mahmudov kimi hər an oyunun taleyini dəyişdirə biləcək futbolçular var. Fikrimcə, "köhlən atlar" bu oyunu qazanmaq üçün diqqətli olmalıdı".
CAVİD ƏLİYEV