Təcrübəli mütəxəssis Əfqan Talıbov "Football-plus.az" saytına belə dedi:
"Havanın hədsiz isti olmasına rəğmən, çox maraqlı oyun olacağı qənaətindəyəm. "Qarabağ" "Rakuv"la oyunlardan yaxşı dərs çıxarıb və bu dərsin nəticəsini Finlandiya təmsilçisinə göstərəcək. Oyunun ilk dəqiqələrindən Ağdam təmsilçisi “1-ci nömrə” kimi oynamaqla rəqib təzyiq altında saxlayacaq. Bununla yanaşı, komandanın müdafiədə də son dərəcə diqqətli olmaqla boşluqlar verməyəcəyini düşünürəm. “Qarabağ” böyük ölcüdə cütün taleyini 70-80 faiz Bakıda həll edəcək. 2-3 top fərqiylə qələbə qazanmaqla səfərə yollanacaq".
ABDULLA İSMAYILOĞLU






