“Arsenal” aparıcı oyunçularından biri ilə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, Martin Edeqor bu komandada hələ uzun müddət çıxış edəcək.
Kapitanın imzaladığı yeni anlaşmanın müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Norveçli yarımmüdafiəçi İngiltərə klubunda 2021-ci ildən çıxış edir. 24 yaşlı Martin indiyədək premyer-liqada meydana çıxdığı 92 oyunda 25 qol vurub.