“Mançester Siti”də yeni müqavilə

17.08.2023 23:20 281
Dünya futbolu
“Mançester Siti” Riko Lyuislə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, ingiltərəli 18 yaşlı futbolçu MS-nin yetirməsidi. Riko əsas komandada indiyədək 24 oyun keçirib və 1 qol vurub.