Ataman Güneyligildən qələbə şərhi

19.08.2023 11:00 212
İdman
"Oyunçular verdiyimiz tapşırıqları yerinə yetirdi. 2-ci və 3-cü setdə tam üstünlüklə qələbə qazanmağımızın səbəbi də budu. Konsentrasiyanı itirmədilər".

"Football-plus.az" xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Ataman Güneyligil Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Çexiya yığmasına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

42 yaşlı mütəxəssis yarışlarda ilk matçların vacib olduğunu söyləyib:

"Voleybolçularımızı təbrik edirəm. Almaniyadakı türkiyəli azarkeşlərə də minnətdaram. Türkiyədən və Azərbaycandan gələn fanatlarımız var. Onların sayəsində burada özümüzü evdəki kimi hiss edirik".

Qeyd edək ki, millimiz bu gün Almaniya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.