Çempionlar Liqasında (ÇL) yarımfinalın cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyanın qalibi Bernardo Silva olub.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin portuqaliyalı yarımmüdafiəçisi “Real”la ev oyununda (4:0) komandasının iki qolunun müəllifi olub. Silvanın oyun ərzində verdiyi ötürmələrinin 92 faizi dəqiq alınıb. O, UEFA-nın saytında keçirilən sorğuda həftənin ən yaxşı futbolçusu adına digər namizədləri – oyundaşı Rodrini, “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu və bu komandanın hücumçusu Lautaro Martinesi qabaqlayıb.
ÇL-də həftənin ən baxımlı qolu da müəyyənləşib. Bu nominasiyada da Silva qalib gəlib. Onun 23-cü dəqiqədə “Real”a vurduğu ilk qol daha çox səs toplayıb.