• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Rəhmətlik Ramiz Mirzəyev yığmada işləməyimi istəyirdi”

Ölkə futbolu / Manşet / Müsahibə

6-10-2023, 20:0

Ölkəmizdə futbolla maraqlananların böyük əksəriyyəti Naci Şensoyu tanıyır.

O, “Turan”dakı işi və xüsusən də çarpıçı açıqlamaları ilə şöhrət tapmışdı. Həm də Tovuzda maraqlı komanda formalaşdırmışdı. Amma sonradan türk mütəxəssislə yollar ayrıldı. Qəribədi ki, Naci bəyin adı daha sonra klublarımızla yanaşı çəkilmədi. Heç milliyə də namizəd göstərilmədi. İndi onun “Turan Tovuz”u yenidən premyer-liqada mübarizə aparır, hansısa hədəflərə çatmaq istəyir. Görəsən, Naci bəyi Tovuzdan axtaran olurmu? Ümumiyyətlə, ekstravaqant çalışdırıcı hazırda nə işlə məşğuldu?

- Salam, Naci bəy, necəsiz, haralardasız?
- Hər şey yaxşıdı, Bolqarıstandayam.
- Orda nə işlə məşğulsuz?
- 10 öncə çalışdırdığım Sandansk şəhərinin “Vihren” komandasına dönmüşəm. İşlər qaydasındadı. Hazırda aşağı liqada çıxış edirik. Klub prezidenti xahiş etdi ki, komandanı yenidən dirçəldərək layiq olduğu yerə gətirək. Yəni hədəfimiz Bolqarıstan premyer-liqasına vəsiqə qazanmaqdı.
- Naci bəy, bizim liqanın oyunlarını izləyirsiz?
- Təəssüflər olsun ki, yox! İzləyə bilmirəm. Amma nəticələrdən xəbərim var. Bəzən də “Qarabağ”ın avrokubok qarşılaşmalarını televiziyadan izləyirəm.
- Bilirsiz də, “Turan Tovuz” premyer-liqada mübarizə aparır. Sponsorları da var. Rəhbərlik bildirməsə də, avrokuboklara vəsiqə qazanmaq üçün oynayırlar. Bu komanda ilə bağlı nəsə bilirsiz?
- Əlbəttə! “Turan”la, yəni mənim Leylamla həmişə maraqlanıram. Premyer-liqada oynadıqları üçün çox şadam. Onsuz da “Turan”nın yeri buradı. Premyer-liqada çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq Tovuza yaraşır. Amma indiki güclərinə bələd deyiləm. Sadəcə, mənim yetirmələrim olan, Azərbaycan millisində çıxış etmiş Ayxan Abbasovun baş məşqçi, Nadir Nəbiyevin idman direktoru olduğunu bilirəm. Bu, mənim üçün böyük qürurdu. Onlar birgə yaxşı işlər görürlər. Hər ikisini də təbrik edirəm.
- “Turan Tovuz” rəhbərliyindən sizlə əlaqə quran olub? Heç olmasa hal-əhval tuturlar?
- Əlbəttə! Tovuzlular mənimlə həmişə maraqlanırlar. Çünki çoxlu gözəl günlərimiz oldu. Yadımdadı, indi güclülərdən sayılan “Neftçi”ni, “Qarabağ”ı çox asanlıqla məğlub edirdik. 10 min azarkeş önündə oynayırdıq. Həmin gözəl günlərim xətrinə məni təkcə tovuzlular yox, Azərbaycanın digər bölgələrindən olanlar da axtarırlar, halımı soruşurlar. Klubdan isə arada danışdığımız dostlarım var.
- O vaxt “Turan” dağılanda rəhbərlik sizə borclu qalmışdı. Həmin pul ödənildi?
- Bəli, ödənildi. Mənə borcları yox idi. Vəkilimə borcluydular. Mənə olan borclarının çox az miqdarını öz hüquqşünasıma bağışlamışdım. Həmin mövzu da sonradan həll olundu.
- Sirr deyilsə, məbləğ nə qədər idi?
- 30 min dollar civarında.
- Naci bəy, Azərbaycan yaxşı illər keçirdiz, normal komanda formalaşdırmışdız. Ən əsası nəticə verdiz. Nə üçün sonradan bizim klublar sizə maraq göstərmədilər?
- Yaxşı sualdı. Amma bunu məndən yox, klublarınızın rəhbərlərindən soruşun! Sadəcə, bunu demək istəyirəm. Mən Türkiyə, Bolqarıstan, Şimali Makedoniya, Suədiyyə Ərəbistanı, Serbiya klublarında işləmişəm. Deməli, bacarıqlı məşqçiyəm. Azərbaycanda işləməməyimin səbəbkarı mən yox, klublarınızın rəhbərləridi. Çünki məni heç kim öz komandasına dəvət etmədi.
- Bizim milli komanda ilə də adınız hallanmayıb. O qədər türkiyəli məşqçini namizəd göstəriblər, amma sizi yox. Niyə?
- Bu sual da mənə aid deyil. Çünki qərarı AFFA verir. Rəhmətlik Ramiz Mirzəyev yığmada işləməyimi istəyirdi. Səmimi deyirəm. Bunun üçün çox çalışdı. Lakin ömrü yetmədi. Bunu dostumuz Tahir Süleymanov çox yaxşı bilir. Ondan soruşa bilərsiz. Ramiz Mirzəyev mənim haqda fikirlərini Tahir Süleymanova demişdi. Gəlin etiraf edək ki, mənim dövrümdə “Turan” çox əla futbol oynayırdı. Tərzimiz hamı tərəfindən bəyənilirdi. Hamı “Turan”ın “Azərbaycanın “Barselona”sı” olduğunu deyirdi. Həmin dövrdə millinizi rəhmətlik Karlos Alberto Torres çalışdırırdı. Heç cür uğur əldə edə bilmədi. Bu səbəbdən də Ramiz Mirzəyev məni baş məşqçi etmək niyyətində idi. Lakin ömrü yetmədi.
- İndiki AFFA rəhbərliyi ilə aranız yoxdu?
- Yox! Hansısa problem yoxdu. Mənim milli komandaya dəvət olunmamağım onların seçimidi. Çünki qərarı onlar verirlər. Demək ki, belə istəyirlər. Amma əminliklə deyirəm ki, indiki AFFA rəhbərliyi məni milli komandanın baş məşqçisi təyin etsəydi, futbol ictimaiyyəti buna sevinərdi. Çoxları şad olardı, məni dəstəkliyərdilər.
- Bizim futbolumuzun indiki zamanı yaxşıdı, yoxsa siz işlədiyiniz dövrlər?
- Məncə, o dövrlər. Düşünürəm ki, indi daha çox pul xərclənir. Amma “Qarabağ”dan başqa hansısa klubun uğuru yoxdu. İndiki pullar həmin dönəmdə olsaydı, biz daha çox uğur əldə edərdik.
- Futbolumuzun daha da inkişaf etməsi üçün nə etməliyik?
- Çox gözəl sualdı. Daha yaxşı olmağınız üçün mütləq şəkildə uşaq futbolunu inkişaf etdirməlisiz. Orda nəsə etməsəz, gələcəkdə uğur gözləməyin. Stadionlar və uşaq futbol məktəbləri mütləq şəkildə Avropa standartlarına uyğunlaşdırılmalıdı. Məşqçilər daha çox idealist olmalı və işlərini sevgi ilə yerinə yetirməlidirlər. Gənc mütəxəssislər ölkə xaricində kurslara getməlidi. Əsasən Niderland və Fransanın aşağı yaş komandalarının necə təşkilatlandığını öyrənməlidilər. Çalışın ki, ləyaqətli məşqçilər klublarınızda işləsin. Onlara yaxşı maaş verin ki, öz işlərindən yapışa bilsinlər. Amma mən keçmişdə aşağı yaş qrupu üzrə komandaların məşqlərindən narazı qaldım. Müəllimlər telefonla qurdalanırdılar. “Niyə belə edirsiz” soruşanda “hocam, nə qədər maaş alırıq ki”, – deyə cavab verirdilər. Belə problemlər həll olunan zaman Azərbaycan futbolçu çox gözəl inkişaf edəcək və yaxşı yerlərə gələcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet

18-08-2022, 15:0

“Turan”ın adı Naci Şensoya görə dəyişib

Ölkə futbolu / Manşet

18-08-2022, 17:0

“Turan”ın Naci Şensoya nə qədər borcu var?

Dünya futbolu

18-03-2023, 14:0

Niderlandda doğulan futbolçu Türkiyəni seçdi

Aktual / Manşet / Günün xəbəri

16-05-2022, 16:0

"Turan Tovuz"un baş məşqçi postuna daha bir namizəd - ÖZƏL

Dünya futbolu

1-08-2023, 21:0

''Ayaks'' 15 yaşlı oyunçu ilə müqavilə imzaladı

Aktual
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
Son xəbərlər
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Daha çox
Oxunub: 267
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 204
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə