U-17 darmadağın etdi

16.08.2023 09:15 3 262
Yığma
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, "Dalğa Arena"da Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qələbə qazanıb.

Amid Qasımovun dubl etdiyi oyunda millimizin digər qollarını Ömər Kərimov və Hikmət Cəbrayılzadə vurub. Bu komandalar arasında növbəti oyun avqustun 18-də keçiriləcək.