Millimiz ərəbləri məğlub etdi

1.08.2022 10:48 421
Ölkə futbolu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununu keçirib.

Football-plus.az
xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş görüş 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub. Bu komandalar arasında növbəti oyun bu gün keçiriləcək.