• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Raul ən böyük arzusuna çatacaqmı? - Onun “Real”ın başına keçmək ehtimalı yüksəkdi

Dünya futbolu

11-02-2023, 23:0

Raul Qonsales Blanko...

“Real” fanatları üçün bu, elə-belə ad deyil. O, uzun illər klubun simvolu sayılıb və “Madridin kralı” ləqəbini alıb.

"Football-plus.az"ın məlumatına görə, Raul oyun sayına (741) görə hələdə klubun rekordçusudu. Qol sayına (323) görə isə o yalnız Kriştiano Ronaldo (450) və Kərim Benzemadan (324) geri qalır. Florentino Peresin 2010-da əfsanəvi futbolçu ilə o qədər də xoş şəkildə vidalaşmamasına baxmayaraq sabiq forvard üçün “Real” yenə də hər şeydən üstündü...

Vida və qayıdış

Raul vida sözlərində ehtiyat oyunçu statusu ilə barışmaq istəmədiyinə işarə vurmuşdu:

“Real”da keçirdiyim illər möhtəşəm idi. Bu, mənim klubumdu və həmişə madridista olaraq qalacam. “Real” bütün həyatımı dəyişdi. Amma klubu tərk etməli olduğum an gəlib çatdı. Düzdü, bu cür klubda kapitan sarğısını daşımaq böyük bir qürurdu. Amma mən tamam başqa bir şey axtarırdım. Klubda qalsaydım, artıq futboldan zövq almayacaqdım”.

2009-da “Kral klubu” Kriştiano ilə Benzemanı transfer etdi. Üstəlik gənc Qonsalo İquayn da heyətdə idi. Bu oyunçularla 1 il rəqabət apardıqdan sonra Raul doğma şəhərini və doğma klubunu tərk etmək qərarına gəldi. 2 mövsüm “Şalke-04”də, 2 mövsüm “Əl-Səd”də və 1 mövsüm “Nyu York Kosmos”da keçirdikdən sonra əfsanəvi futbolçu 2015-də titullarla bol olan möhtəşəm karyerasını başa vurdu. Düzdü, İspaniya yığmasının Avropada və dünyada at oynatdığı dönəmdə (2008-12) onun heyətdə olmaması çox müzakirə olundu. Amma bu artıq başqa söhbətin mövzusudu.

O, karyerasını bitirdikdən sonra dərhal qərarını verərək futbolun içində qalacağını açıqladı. “Real”ın əfsanəsi müvafiq kursları keçdikdən və məşqçi lisenziyası aldıqdan sonra doğma klubuna qayıtdı. Raul 2018-də Madrid nəhənginin aşağı yaş qruplarından ibarət komandasının, 1 ildən sonra – 2019-un iyununda isə “Real”ın ikinci komandasının, yəni “Kastilya”nın başına keçdi. İlk mövsümdəcə Raul adından söz etdirərək komandası ilə UEFA Gənclər Liqasının qalibi oldu! Finalda “Benfika” üzərində 3:2 hesablı qələbə əldə olundu.

İki təklif geri çevirildi

Raul ilk günlərdən özünü yeni mühitə uyğunlaşmağı bacaran, hücumameyilli futbola üstünlük verən və oyunçuları ilə gözəl anlaşa bilən məşqçi kimi göstərdi. Onunla çalışanlar qeyd edirlər ki, Raul öz xarakterini komandasına və oyunçulara aşılamağı bacarır. Belə ki, paltardəyişmə otağında həmişə yüksək intizam hökm sürür. Eləcə də rəqiblərə və oyunların rəsmi şəxslərinə maksimum dərəcədə hörmətlə yanaşılır. Raul oyunçuların bahalı çantalar və qulaqcıqlar almasına qadağa qoymaqla onların fikirlərini yalnız futbola yönəltməsini istəyir.

Bu məqamda xatırladaq ki, son illərdə “Kastilya”dan keçib “Real”ın əsas komandasına qədər yüksələn iki məşqçi olub:

Biri Zinədin Zidan (2016-18, 2019-21), digəri Santyaqo Solari (2018-19). Raul da öz həmkarlarının yolunu təkrarlamaq istəyir. Onun qərarları da bunu sübut edir.

Ötən ilin oktyabrında “Şalke-04”dən ona çox ciddi təklif gəlmişdi. Raul cəmi 2 mövsüm oynamasına bu klubun tarixində iz buraxmağı bacarıb. 2010/11-də helzenkirhenlilər məhz ispaniyalı ilə birlikdə ÇL-in yarımfinalına qədər irəlilədilər.

Bundan başqa Raul bu klubda Almaniya kubokunu və superkubokunu qazandı. 2-ci bundesliqada ötən ilki çempionluğu saymasaq, bu, indiyə qədər də “Şalke-04”ün əldə etdiyi son ciddi titullardı. Amma “Marka” nəşrinin yazdığına görə, Raul çox düşünməyə ehtiyac görməyərək təklifi geri çevirdi. Zaman göstərdi ki, bu, düzgün addımdı. Çünki “Şalke-04”ün heyəti çox zəifdi. Komanda bundesliqada bərbad mövsüm keçirir və onların elitanı tərk edəcəyi indidən hər kəsə bəllidi.

Eyni hadisə bu günlərdə yenə təkrarlandı. “Lids” amerikalı mütəxəssis Cessi Marşla yollarını ayırdıqdan sonra diqqətini məhz Raula yönəltdi. Bu 45 yaşlı məşqçinin potensialına güvənən premyer-liqa təmsilçisi nəyin bahasına olursa olsun onunla anlaşmaq istəyirdi. Amma Raul qat-qat çox pul qazanmaq və İngiltərənin elitasında işləmək fürsətini geri çevirdi!

Sabiq forvardın fikrincə, bu qədər müddət “Kastilya”da işlədikdən sonra Madridi tərk etmək yaxşı ideya olmazdı. O, hələ də ümid edir ki, Karlo Ançelottinin ayrılmasından sonra “Real”ın əsas komandasının başına keçmək fürsəti yaxalayacaq.

Bir uğurlu, bir uğursuz təcrübə

“El-Nasional” nəşrinin yazdığına inansaq, Raul həqiqətən də Florentino Peresin belə desək, ağlının bir ucundadı. Amma başqa namizədlərin də adı çəkilir. Məsələn, Raulun rəqibləri arasında onun sabiq komanda yoldaşları - Raul Albiol ilə Xabi Alonsonun adı hallanır. Birinci “Xuvenil A” (“Real”ın U-19 komandası), ikinci isə bundesliqa təmsilçisi “Bayer-04”ü çalışdırır. Peresin maraq göstərdiyi məşqçilər arasında hazırda boşda olan Tomas Tuxel və “Bavariya”nın çalışdırıcısı Yulian Naqelsmann da var. Qısaca olaraq Raullu “Kastilya”nın bu mövsümkü çıxışına da nəzər salmağa dəyər.

Komanda İspaniyanın 3-cü divizionunda çıxış edir və 22 tura 42 xal toplamaqla (11 qələbə, 9 heç-heçə, 2 məğlubiyyət) 2-ci pillədə qərarlaşıb. Lider “Alkorkon”la xal fərqi 2-yə bərabərdi. 1999/00-də La Liqanı qazanmaqla tarix yazan “Deportivo”nun da 42 xalı var. Yəni rəqabət çox güclüdü.

Əfsanəvi ispaniyalı “Real”ın əsas komandasını çalışdırmağa hazırdımı? Əsas sual məhz budu.

“Real”ın hazırda yaxşı durumda olmadığını və komandanın mövsümü titulsuz başa vurmaq ehtimalının olduğunu nəzərə alsaq, Raula artıq qarşıdakı aylarda təklif irəli sürülə bilər. Düzdü, Ançelottinin klubla 2024-ün yayına qədər müqaviləsi var. Amma tez-tez heyətdən narazılığını dilə gətirən məhşur italiyalı mütəxəssisin bu yay “Real”ı tərk etmək ehtimalı az deyil.

Az öncə adlarını sadaladığımız və “altyapı”dan çıxan Zidanla Solarinin dönəmini xatırlasaq, onların “Real”ın başında tamamilə fərqli nəticələr əldə etdiyini görərik. Əfsanəvi fransalı komandanın başına 2015/16-nın gedişində gəlməsinə baxmayaraq ardıcıl 3 dəfə ÇL-i qazanmaqla inanılmaz bir tarix yazdı. Düzdü, Zizunun lehinə olan amil odu ki, o, buna qədər “Real”da məşqçilər korpusuna daxil olaraq Ançelottinin köməkçisi kimi çalışmışdı.

Tərəzinin gözünə qoyduqda Zidan nə qədər uğurlu oldusa, Solari bir o qədər uğursuz oldu. O da mövsümün gedişində (2018-in noyabrında) baş məşqçi postuna gəldi. Amma nəticələr o qədər bərbad oldu ki, heç həmin mövsümü də başa vurmadan (2019-un martında) qovuldu! Raulu “Real”ın başında görmək həqiqətən də çox maraqlı olar. İndi azarkeşlər arasında sorğu keçirilsə, yəqin ki, onların böyük əksəriyyəti bu təyinatı dəstəkləyər.

“El Klasiko”da Realın Raulu ilə Xavinin “Barselona”sını izləmək hər bir azarkeşə nostalji hisslər bəxş edərdi...

Əli Raufoğlu

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-04-2022, 01:0

Di Stefanonun göstəricisini təkrarladı

Dünya futbolu

4-04-2022, 17:0

Raul: “Real” “Çelsi”ni Çempionlar Liqasından kənarlaşdıracaq”

Dünya futbolu

29-05-2022, 15:0

“Real”ın 9 oyunçusu Ronaldoya çatdı

Dünya futbolu

11-01-2023, 10:0

Benzema Di Stefanoya çatdı

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə