"Qəbələ"nin avrokubok oyununun biletləri satışa çıxarıldı

3.10.2023 15:36 206
Ölkə futbolu
"Qəbələ" və Macarıstanın “Puşkaş Akademiya” komandası arasında gerçəkləşəcək Gənclər Liqasının 1-ci mərhələsinin ilk matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, azarkeşlər qiyməti 2 manat olan biletləri klubun "fan shop"undan ala bilərlər.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16.00-da başlayacaq.