Fransa mətbuatının yaydığı xəbərə görə, argentinalı mütəxəssis gələcəyi ilə bağlı klub rəhbərliyi ilə danışıq aparmadığını deyib:
“PSJ ilə hələ bir illik müqaviləm var. Hazırda rəhbərliklə gələcəyimi müzakirə etməmişik. Hər hansı bir qərar verməzdən əvvəl vəziyyəti təhlil etməli və danışmalıyıq”.
Qeyd edək ki, Poçettinonun adı uzun müddət “Mançester Yunayted”lə birgə hallanırdı. Lakin İngiltərə klubu artıq ona marağını itirib.


