“Kəpəz”in yeni futbolçusu “Qəbələ” ilə matçda

1.10.2023 17:20 224
Premyer-liqa / Manşet
"Kəpəz"in yeni futbolçusu Adama Diane komandaya qoşulub.

"Football-plus.az" xəbər verir ki, malili hücumçu hazırda Gəncədədi. O, dünən komanda ilə ilk məşqinə də çıxıb.

Diane hazırda Misli premyer-liqasının 8-ci tur çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ" matçını tribunadan izləyir.

Qeyd edək ki, onunla hələ rəsmi müqavilə imzalanmayıb.

KƏNAN BAHADIR, Gəncə