''Fənərbaxça''da baş məşqçi kimi 3-cü dönəmini keçirən İsmayıl Kartal tarix yazmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi İstanbul nəhəngi bu mövsüm 7-si avrokuboklarda, 4-ü superliqada olmaqla keçirdiyi 11 rəsmi oyununun hamısından qələbə ilə ayrılıb. Ümumilikdə bu məşqçinin 3 dönəm ərzindəki nəticələrinə baxsaq, ''Fənər'' 78 rəsmi oyundan 53 qələbə, 15 heç-heçə, 10 məğlubiyyətlə ayrılaraq hər oyuna orta hesabla 2,23 xal toplayıb. Müvəqqəti məşqçi vəzifəsini icra edənləri bir kənara qoysaq, bu, klub tarixində yerli məşqçilər arasında ən yaxşı göstəricidi! Bu baxımdan 2-ci pillədə Aykut Kocaman (2, 01) qərarlaşıb. Bu sıralamada sonrakı pillələrdə Erol Bulut (2,00), Mustafa Dənizli (1,95), Turan Sofuoğlu (1,89) və Ərsun Yanal (1,83) yer alıb.
ƏLİ
İsmayıl Kartal yerlilər arasında ən yaxşıdı
Dünya futbolu




