Misli premyer-liqasının 7-ci turunda "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz bərabərliyə razılaşdı - 0:0.
Son 4 oyunda qələbə qazana bilməyən "kimyaçılar"ın müdafiəçisi Elvin Bədəlov oyundan sonra "Football-plus.az"ən bəzi suallarını cavabladı.
- Komanda çox qol imkanı qaçırdı. Bu nə ilə bağlıdı?
- Deyə bilmərəm. Amma sevindirici hal odu ki, ötən oyundan fərqli çoxlu təhlükəli vəziyyət yarada bildik. Bu oyuna ümidlər böyük idi. İstəyirdik ki, qələbə qazanaq, lakin olmadı. İndi daha çox işləməliyik ki, hücumda olan futbolçularımız ələ düşən fürsətlərdən yararlana bilsinlər.
- Növbəti turda "Qarabağ"la çətin oyununuz var. Bu barədə nə deyə bilərsən?
- Səfərdən xalla qayıtmaq istəyirik. Meydana olduğumuz zaman sona kimi mübarizə aparacağıq.
- Bu mövsüm hədəfləriniz nədi?
- Çempionata pis başlamamışıq. Ötən mövsümlərə müqayisə etsək, bu il bəzi uduzduqlarımız oyunda da yaxı performans göstərmişik. Qarşımıza böyük bir hədəf qoyulmayıb, lakin yuxarı pillələr üçün oynayırıq. Maksimum irəli getməyə, avrokuboklara vəsiqə qazanmağa çalışırıq. Özümüzə inanırıq.
- Öz çıxışından razısanmı?
- Həmişə demişəm ki, öz oyunuma qiymət vermirəm. Heç vaxt da öz oyunumdan razı deyiləm. Hər zaman daha çoxunu eləmək üçün çalışıram. Yaxşı oynadığım oyunlara da baxıb öz üzərimdə işləyirəm. Bizi qiymətləndirən şəxs baş məşqçidi. O, ən yaxşısını bilər.
CAVİD ƏLİYEV