• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Məmmədov: “Bizdən böyük uğur gözləmək absurddu”

Premyer-liqa / Manşet / Müsahibə

24-09-2023, 11:0

“Kəpəz”də vəziyyətin ürəkaçan olmadığı heç kimə sirr deyil.

Gəncəlilər 6 turdan sonra 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. İndiyə qədər keçirilən 6 oyunun yalnız birində qələbə qazanan “sarı-göylər” 1 dəfə heç-heçə edibsə, 4 matçda da məğlubiyyətlə barışıb. Sonuncu qarşılaşmada “Səbail”in darmadağın etdiyi (3:0) “Kəpəz” bu gün “Sabah”la qarşılaşacaq. Ümumiyyətlə, Gəncə futbolunun eniş yaşadığını iddia etsək, yanılmarıq. Tərlan Əhmədovu əvəzləyən Azər Məmmədov hələ ki hədəflərin öhdəsindən gələ bilmir. Bəs bundan sonra “Kəpəz”dən nə gözləmək olar? Azarkeşlərin “istefa” şüarlarıyla çalxalanan stadionda qələbələrə ümid etmək mümkündü? Bu məsələlər ətrafında baş məşqçi Azər Məmmədovla danışmaq qərarına gəldik.

- Azər bəy, “Kəpəz” beş oyundu qələbəyə həsrətdi. İlk turda “Neftçi”ni məğlub etdiyinizə görə növbəti oyunlar üçün sizə ümidlər böyük idi. Lakin komanda həm azarkeşləri, həm də futbol ictimaiyyətini yanıltdı.
- Hər klub belə dövrdən keçir. Ötən mövsüm bundan daha betər vəziyyətdə olanlar var idi. Razıyam, 18 mümkün xaldan 4-nü qazanmaq böyük nəticə deyil. Amma çempionat təzə başlayıb. Vəziyyəti düzəltmək üçün yetərincə zaman var. Komandanın yeni qurulduğunu bilirsiz. Transferlərimiz çoxdu. Onların bir-birinə uyğunlaşması üçün vaxt lazımdı. Məncə, tezliklə daha yaxşı işlər görəcəyik. İnanıram ki, bizi qarşıda uğurlu matçlar gözləyir. Bundan sonrakı oyunlarda xal ehtiyatımızı artırmağa köklənəcəyik. Ümumiyyətlə, kimlərisə yanıltdığımızı, “Kəpəz”in çətin durumda olduğunu düşünmürəm. Bizdən böyük uğur gözləmək absurddu. Əvvəldən məqsədimizin premyer-liqada qalmaq olduğunu bildirmişdik. Bunun üçün mübarizə aparırıq və mövsümün sonunda amalımıza çatacıq.

- Adətən, ev oyunları komandalar üçün daha əlverişli olur. Futbolçular belə matçlara daha ciddi yanaşaraq fərqli çıxış edə bilir. Maraqlıdı ki, 4 məğlubiyyətdən üçünü məhz “doğma divarlar” arasında yaşamısız. Bunu nə ilə izah etmək olar?
- Acı həqiqətdi. Bu amil mənə də çox pis təsir edir. Mövsüm başlamamış lazım olan xalları evdə toplamağı planlamışdıq. Təəssüf ki, vacib oyunlarda xal itirdik. Hər oyunda komandaların “sınma” və ya “dönüş” nöqtəsi olur. Yəni öz səhvnin üzündən matçın taleyini həll edəcək epizodları qarşı tərəfə hədiyyə edirsən. Ya da rəqibin səhvindən faydalanıb qələbələr qazanırsan. Uduzduğumuz oyunlarda məhz belə hadisələr yaşandı. Biz rəqibə “hədiyyələr” versək də, onlar çox diqqətli oynayaraq xalları əlimizdən aldı. Xüsusilə “Səbail” və “Turan Tovuz” sınaqlarında bunun şahidi oldum. Erkən qol komandamı “sındırdı” və özlərinə gəlməyə macal tapmamış növbəti qol nəticəni təyin etdi. Etiraf edirəm ki, hər biri öz səhvimizdən olub. Bunlardan dərs çıxarmalı və bir daha təkrarlanması üçün çalışmalıyıq. “Neftçi”yə qalib gəldiyimiz oyunda hər şey möhtəşəm alınmışdı. Düzdü, “Zirə”yə məğlub olduq, amma orda səhvsiz oynadığımıza əminəm. Yenə deyirəm, vəziyyəti düzəltmək üçün nə lazımdısa, edəcəyik. Öhdəliyimizi dərk edirik və problemləri “Kəpəz”in uğurları üçün problemləri tezliklə aradan qaldıracağıq.

- Stadionun qazonu yaxşı vəziyyətdə deyil. Futbolçular bəzən bundan gileylənir. Xatırlayırsızsa, Elnur Cəfərov “Səbail”lə oyundakı epizodlardan birində, demək olar ki, yüzfaizlik qol şansını qaçırdı. O, qəzetimizə açıqlamasında meydançanın bəzi hallarda narahatlıq yaratdığını dedi. Siz bu fikirlə razısız?
- Əslində futbolçudan maksimum gücünü ortaya qoymasını tələb edirsənsə, ona şərait yaratmalısan. Təbii ki, meydançanın durumu futbolçunun performansına təsirsiz ötüşmür. Amma bundan bəhanə kimi istifadə etmək doğru deyil. Rəqib həmin ot örtüyündə nəyisə bacarırsa, deməli, əsas səbəb qazon deyil. Başqa çatışmazlıqlar həll edildikdən sonra yenə uğur qazanmaq mümkündü. Ümumiyyətlə, ot örtüyü pisdisə, futbolçunun istəyi daha çox olmalıdı ki, çatışmazlıq bilinməsin. Məğlub olmuşuqsa, deməli, rəqib bizi düzgün təhlil edib, daha yaxşı hazırlaşıb...

- Bildiyimə görə, yeni qapıçı transfer etmisiz.
- Bəli, yeni qolkiperlə müqavilə imzalamaq üzrəyik. Geridə qalan matçlar göstərdi ki, bu mövqedə rəqabətə ehtiyac var. Əslində iki legioner qapıçının olmasını istəməzdim. Büdcəmizlə bağlı problem hər kəsə bəllidi. Lakin indiki durumda buna məcbur olduq. Portuqaliyalı İqor Roriges artıq bizimlədi. Daha öncə ölkəsinin “Eştoril”, “Benfika B”, “Çaves” kimi tanınmış kklublarında çıxış edib. İşinin peşəkarıdı. Hazırda azad agent olduğu üçün fürsətdən yararlanmaq istədik. Bundan sonra qapıçılarımız Kamran İbrahimov, Elgün Byaramov və Vladislav Vasilyuçek üçün hər şey daha maraqlı olacaq. Legioner hücumçu axtarışımız isə hələ də davam edir.

- “Səbail”lə matçda “istefa” şüarları səsləndirildi. Azarkeşlərin narazılığı haqda nə deyə bilərsiz?
- Onları anlayışla qarşılayıram. Mümkün deyil ki, evdə 3 oyun uduzmaq tərəfdarlara pis təsir etməsin. Mən də baş məşqçi statusundan əvvəl gəncəli azarkeş kimi məğlubiyyət yaşamaq istəmirəm. Amma səbirli olmaq lazımdı. Yeni komandayıq. “Kəpəz” ötən mövsümə nisbətən daha yaxşı başlayıb. Keçən il bu vaxt heç 4 xal da yox idi. Azarkeş bizdən qələbə tələb etməkdə haqlıdı. Lakin rəqiblərimiz böyük maliyyə dəstəyinə malik klublardı. Hər birinin maliyyə dəstəyi var. Düşünürəm ki, onlara qarşı yaxşı oyun göstərmək üçün vaxt lazımdı. Yəni “istefa” kəlməsi üçün hələ tezdi. Biz bir ailəyik və hamımız “Kəpəz”in uğurları üçün çalışırıq.

- 7-ci turda “Sabah”la səfər matçına çıxacaqsız. Rəqib ötən həftə “Qarabağ”a uduzdu, acığını sizdən çıxa bilər...
- Hər iki tərəf indiyə qədər çoxlu xal itirib. Eyni durumdayıq. Masazır təmsilçisi də bu vəziyyətdən yaxa qurtarmağın yolunu axtarır. Gərgin mübarizə şəraitində keçən oyun olacaq. Biz matça çox ciddi hazırlaşmışıq. Uğursuz seriyanı dayandırmaq və azarkeşlərin narazılığına son qoymaq üçün meydana çıxacağıq. İnşallah, bu oyun “Kəpəz”in dönüş nöqtəsi olacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

4-07-2023, 17:0

Azər Məmmədov ona güvəndi

Premyer-liqa / Manşet

18-08-2023, 18:0

“Turan Tovuz”dan səfər qələbəsi - YENİLƏNİB

Aktual / Ölkə futbolu

27-06-2023, 13:0

"Kəpəz" millinin üzvü ilə maraqlanır - ÖZƏL

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Ölkə futbolu / Manşet

8-09-2022, 14:0

Azər Məmmədovun “Kəpəz”ə keçidi niyə alınmayıb? – AÇIQLAMA

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 216
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə