Argentina Liqa Kubokunda (LK) sentyabrın 14-18-i aralığında 4-cü turun oyunları keçirildi. Qeydə alınan nəticələrdən sonra turnirdə xalı olmayan komanda qalmadı.
"Football-plus.az" xəbər verir ki, LK-nın 4-cü mövsümündə keçirilən ilk 3 turdan sonra maksimum nəticə göstərən komanda qalmamışdı. A qrupunda birdən-birə 6 iştirakçı hesabat turuna 6 xalla başladı. Bu komandalardan yalnız ikisi qələbə qazana bildi. “Kolon” evdə “Rosario Sentral”ı 2:1 hesabıyla məğlub edərək 1-ci yerə yüksəldi. “İndependyente” də “Atletiko Urakan”a minimal hesabla qalib gəlməklə xalını 9-a çatdırdı. İndi qrupda məhz qalib komandalar şərikli liderlik edir. “Kolon” “İndependyente”ni yalnız topların daha yaxşı fərqinə əsasən qabaqlayır. Şərikli liderlərin əsas izləyiciləri hərəyə 7 xal toplayan “Talyeres de Kordoba” ilə “Arxentinos Xuniors”du.
Argentinanın son çempionu da A qrupunda yarışır. Amma “River Pleyt”in LK-dakı çıxışı hələ ki qənaətbəxş sayıla bilməz. Turnirdə məğlubiyyətlə başlayan ölkə nəhəngi sonrakı üç matçda 6 xal toplaya bilib. Bu dəfə evdə “Arsenal”a 3:1 hesabıyla qalib gələn Martin Demiçelisin komandası 10-cu yerdən topların daha yaxşı fərqinə əsasən beşinciyə yüksəldi.
Bu qrupda ilk üç turdan sonra yalnız “Ximnasiya” xal qazana bilməmişdi. La platalılar evdə “Veles Sarsfild”i 2:1 hesabıyla üstələsələr də, sonuncu yerdən qurtula bilmədilər.
B qrupunda üç komanda ilk üç turda hərəyə 7 xal yığa bilmişdi. Maraqlıdı ki, hesabat turuna şərikli liderlər kimi başlayan iştirakçılardan heç biri qələbə qazana bilmədi. “Nyuellz Old Boyz” evdə “Union”, “Rasinq” səfərdə “San Lorenso” ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. Bu nəticələr “Nyuellz Old Boyz” və “Rasinq”ə şərikli liderliyi davam etdirmək imkanı verdi. “Sarmyento” isə öz meydanında “Sentral Kordoba”ya minimal hesabla uduzaraq 2-ci yerdən 3-ə düşdü.
Ümumiyyətlə, KL-da mübarizənin gərginliyi aşkar görünür. Artıq ölkənin digər nəhəngi “Boka Xuniors” bu yarışda üçüncü məğlubiyyətini alıb. Mariano Erronun çalışdırdığı komanda turnirə qələbə ilə başlasa da, ardıcıl üçüncü matçı da xalsız başa vurdu. Əvvəlki turlarda “Sarmyento”ya (0:1) və “Tiqre”yə (0:1) uduzan “Boka” bu dəfə “Defensa y Xustisiya”dan bir cavabsız top buraxdı. Başqa sözlə, “göy-sarılar” artıq üç turdu nə xal qazana, nə də qol vura bilirlər. Növbəti uğursuzluq paytaxt klubunu cədvəlin 8-ci pilləsindən 12-ci yerə saldı.
İlk turlarda qrupun xal qazana bilməyən yeganə iştirakçısı olan “Estudiantes” isə uğursuz starta son qoydu. “Tələbələr” səfərdə “Tiqre” ilə qolsuz “sülh”ə nail oldular.
qrup mərhələsi, 4-cü tur
Talyeres de Kordoba - İnstituto 0:0
İndependyente - Atletiko Urakan 1:0
Kanelo, 26.
Banfild - Arxentinos Xuniors 0:1
Eredia, 76.
Kolon - Rosario Sentral 2:1
Qalvan, 48. Botta, 84-p. – D.Martines, 59.
Ximnasiya - Veles Sarsfild 2:1
Tarraqona, 52. Abaldo, 60 – B.Romero, 41.
Nyuellz Old Boyz - Union 1:1
Resalde, 57 – Senon, 63.
Sarmyento - Sentral Kordoba 0:1
Farioli, 34.
San Lorenso - Rasinq 1:1
Cirotti, 11-p. – Siqali, 45+9.
Platense - Lanus 2:1
Vaskes, 48. Okampo, 76 – L.Dias, 9.
Tiqre - Estudiantes 0:0
Defensa y Xustisiya - Boka Xuniors 1:0
N.Fernandes, 45+2.
Atletiko Tukuman - Barrakas Sentral 1:0
Kaorrera, 46.
River Pleyt - Arsenal 3:1
Borxa, 3; 75-p. De la Krus, 29 – Sexas, 58.
Qodoy Krus - Belqrano 0:0
1-ci turdan təxirə salınan oyun
Defensa y Xustisiya - Qodoy Krus 2:2
Tripiçio, 86. Pratto, 90+2 – Koneçni, 44; 55.
A qrupu
1. Kolon 4 3 0 1 6-3 9
2. İndependyente 4 3 0 1 5-3 9
3. Talyeres de Kordoba 4 2 1 1 5-3 7
4. Arxentinos Xuniors 4 2 1 1 8-7 7
5. River Pleyt 4 2 0 2 10-7 6
6. Atletiko Urakan 4 2 0 2 5-4 6
7. Veles Sarsfild 4 2 0 2 5-4 6
8. Banfild 4 2 0 2 4-3 6
9. Atletiko Tukuman 4 1 3 0 3-2 6
10. İnstituto 4 1 2 1 1-1 5
11. Rosario Sentral 4 1 1 2 3-5 4
12. Arsenal 4 1 0 3 5-8 3
13. Barrakas Sentral 4 1 0 3 3-8 3
14. Ximnasiya 4 1 0 3 3-8 3
B qrupu
1. Nyuellz Old Boyz 4 2 2 0 5-2 8
2. Rasinq 4 2 2 0 6-4 8
3. Sarmyento 4 2 1 1 4-2 7
4. Union 4 1 3 0 6-4 6
5. Belqrano 4 1 3 0 5-4 6
6. San Lorenso 4 1 3 0 5-4 6
7. Qodoy Krus 4 1 3 0 5-4 6
8. Defensa y Xustisiya 4 1 3 0 4-3 6
9. Sentral Kordoba 4 2 0 2 4-5 6
10. Platense 4 1 1 2 5-7 4
11. Tiqre 4 1 1 2 2-4 4
12. Boka Xuniors 4 1 0 3 3-4 3
13. Lanus 4 0 1 3 3-6 1
14. Estudiantes 4 0 1 3 3-7 1
Bombardirlər: Bareyro (San Lorenso), Kokkaro (Atletiko Urakan), Qondou (Arxentinos Xuniors), Morales (Union) - 4, Qalvan (Kolon), M.Ximenes (İndependyente), Passerini (Belqrano) - 3.