• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” qələbəyə layiq idi”

Manşet / Avropa Liqası

21-09-2023, 23:0

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Molde”ni məğlub edib - 1:0.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra norveçlilərin çalışdırıcısı Erlinq Moenin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

- Püşkatmadan sonra demişdiz ki, "Qarabağ"ın necə inkişaf etdiyini təsəvvür edə bilmirəm. Bu oyundan sonra təsəvvürünüz yarandı?
- Bilirdik ki, rəqib hücum futbolu oynayır, bizi öndə sıxacaqlar. Onlar yaxşı təzyiq göstərməyi bacarırlar. Xüsusilə də ilk hissədə bunu gördük. "Qarabağ"ı təbrik edirəm, qələbəyə layiq idilər.

- Niyə müdafiədən oynamağı seçdiniz? Sizcə, oyunçu dəyişikliklərində gecikmədiniz?
- Hər zaman arxadan oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun da düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Evdəki matçda daha yaxşı oynayacağımıza inanıram. Dəyişikliklərə gəlincə, bu gün belə oldu. Əvəzetmələrdən sonra da rəqib yaxşı çıxış etdi.

- Dünən "Qarabağ"ı böyüməkdə olan komanda kimi gördüyünüzü demişdiniz. Məğlubiyyətdən sonra özünüzü necə hiss edirsiz?
- Məğlub olmağı sevmirəm. Ona görə də özümü yaxşı hiss etmirəm. Yaxşı oynamadıq. Bir addım geridəydik. Xüsusilə də müdafiədən çıxan ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansına görə məyusam. Ümid edirəm ki, daha yaxşı olacağıq.

- Qrupun aşkar favoriti "Bayer"di. Digər üç klubun ikincilik şansı olduğu ehtimal edilirdi. "Qarabağ"ı görəndən və nəticədən sonra sizcə, ikinci pilləyə daha şanslı Azərbaycan çempionudu?
- Məncə, hələ ki, nəsə demək üçün tezdi. Cəmi bir oyun oynamışıq. Qrupda bir neçə oyun oynayaq, sonra daha konkret nələrsə demək olar. "Bayer" favoritdi, razıyam, Almaniya çempionatında da yuxarı pillələrdədi. Digər üç komanda ikincilik uğrunda mübarizə aparacaq. Səfərdə bir oyun oynamışıq. Növbəti matçlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq.

- Qrupdakı komandalar arasında ən az legioneri olan "Molde"di, cəmi iki legioneriniz var. Transfer siyasətini niyə belə seçmisiz, büdcə imkan vermir, yoxsa necə?
- Yaxşı sualdı. Bəli, bu bizim strategiyamızdı. Biz özümüz 26 min əhalisi olan şəhəri təmsil edirik. Ona görə norveçli futbolçularla davam edirik. Xarici klublara transfer edilən oyunçularımız var. Cavan norveçliləri alıb, inkişaf etdirib, sonra satmaq əsas məqsəddi. Bununla da, Norveç futboluna töhvə vermiş oluruq.

- Çempionlar Liqasında məğlub olduğunuz "Qalatasaray"la "Qarabağ"ı necə müqayisə edərdiniz?
- Bugünkü matçda rəqib bizə oynamaq üçün çox az ərazi verdi. "Qalatasaray" yaxşı komandadı, yaxşı oyunçuları var. Amma "Qarabağ" vahid komanda kimi daha yaxşı çıxış edir. Bunu deməklə, "Qalatasaray" haqda mənfi fikir bildirmək istəmirəm. Onlar bizi uddular. Sadəcə "Qarabağ" daha çox komanda kimi çıxış edir.

- İkincilik uğrunda mübarizədə əsas rəqibiniz "Hekken"di, yoxsa "Qarabağ"?
- Erkən nəsə demək çox çətindi. Avropada evdə və səfərdə oynamaq digər yarışlardan fərqlənir. Bir neçə oyun oynayaq, daha sonra görəcəyik. "Qarabağ" qələbə ilə başlayıb. "Hekken" də yaxşı komandadı. Qrupun taleyini əsasən ev oyunları həll edəcək. Eyni zamanda da xallar almağa çalışacağıq. "Bayer" və "Qarabağ"ın qələbə ilə başlaması, onları irəli atdı. Son olaraq, əlavə edirəm, ölkənizin çətin durumda olduğunu bilirəm. Sizə ən yaxşısını arzulayıram. Ümid edirəm ki, sonda hər şey sizin üçün yaxşı olacaq.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-05-2023, 22:0

"Biz niyə kuboka köklənməliyik?"

Premyer-liqa / Manşet

5-03-2023, 19:0

"Dominant oyun göstərməyə çalışdıq"

Manşet / Avropa Liqası

25-08-2023, 00:0

“Bu oyun bizi arxayınlaşdırmalı deyil”

Premyer-liqa / Manşet

20-08-2023, 20:0

"Hakimlik bir şey yoxdu"

Avropa Liqası

7-10-2022, 01:0

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

Aktual
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
Son xəbərlər
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 495
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə