"Neftçi"nin sabiq prezidenti "Fənərbağça"nın oyununa təyinat aldı

18.09.2023 15:36 236
Ölkə futbolu
Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Türkiyədə "Fənərbağça" və Danimarkanın “Norşellann” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin I turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 21-də İstanbulda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20.45-də başlayacaq.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-18-ci illərdə "Neftçi"nin prezidenti olub.