"Qəbələ"nin vitse-kapitanı 200-ə çatdı

6.05.2022 10:12 485
Premyer-liqa
Urfan Abbasov “Qəbələ”nin heyətində premyer-liqada 200-cü oyununu keçirib.

Football-plus.az xəbər verir ki, müdafiəçinin yubileyi XXV tura təsadüf edib. “Zirə” ilə səfər matçına qədər çempionatda 199 dəfə “qırmızı-qaralar”ın formasını geyinən vitse-kapitan yubiley görüşünə start heyətində çıxıb. Lakin zədələnən Abbasov 34-cü dəqiqədə əvəzlənib.

“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Urfan 2012-19-cu illərdə çıxış etdiyi komandaya cari mövsümün startı öncəsi qayıdıb. O, premyer-liqadakı 200 matçda 4 qol vurub.

Bu matçda “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.