• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pakistanlı idman jurnalistlərinin Bakı səfəri başa çatdı

İdman / Maraqlı

17-09-2023, 15:0

AİJA nümayəndələri ötən il oktyabrın 30-dan noyabrın 2-dək Pakistanın Pişəvər şəhərində keçirilən “Sülh və idman” beynəlxalq konfransında Rumıniyadan, Malayziyadan, Səudiyyə Ərəbistanından, Əfqanıstandan, Şri-Lankadan, Cənubi Koreyadan olan həmkarları ilə birlikdə iştirak etmişdilər. Həmin tədbirdə AİJA ilə PSWF arasında dostluq və birgə əməkdaşlıga dair memorandum imzalanmışdı.

"Football-plus.az" xəbər verir ki, anlaşmaya əsasən ötən il dekabrın 20–24-ü aralığında Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Yazarları Federasiyasının (PSWF) birgə təşkilatçılığıyla keçirilən "Rəqəmsal idman jurnalistikası" mövzusunda 5 günlük ödənişsiz beynəlxalq treninqdə ölkəmizlə yanaşı, qardaş Pakistandan, Əfqanıstandan, Şri-Lankadan və digər ölkələrdən ingilis dilini bilən 100-dən çox idman jurnalisti və jurnalistika fakültələrinin tələbələri iştirak edərək beynəlxalq sertifikata yiyələndilər.

İştirakçıların göndərdikləri çoxsaylı məktublar, rəylər onu deməyə əsas verir ki, AİJA-nın 1-ci vitse-prezidenti, Avropa İdman Mətbuatı İttifaqı (AIPS EUROPE) İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadənin moderatorluğu, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) prezidenti, dünyaca məşhur “La Gazetta dello Sport” qəzetinin yaradıcılarından biri və əməkdaşı Canni Merlo (İtaliya), AIPS-in 1-ci vitse-prezidenti Esat Yilmaer (Türkiyə), AIPS EUROPE prezidenti Çarlz Kamenzuli (Malta), AIPS ASIA prezidenti Hee Don Jung (Cənubi Koreya), PSWF prezidenti, AIPS ASIA-nın baş katibi, AIPS İcraiyyə Komitəsinin üzvü Amjad Əziz Malik (Pakistan), dünyaca məşhur idman jurnalisti, AIPS Futbol Komissiyasının sədri, “World Soccer” jurnalının yazarı Keyr Rednec (Böyük Britaniya), Şri-Lanka İdman Jurnalistləri Assosiasiyasının prezidenti Ramkrrish, AİJA-nın 1-ci vitse prezidenti, AIPS EUROPE İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə (Azərbaycan), İctimai Televiziyadan Elnur Əliyev (Azərbaycan) və başqa mentorların iştirakı ilə uğurla araya-ərsəyə gələn bu treninq jurnalistlərin rəqəmsal media sahəsində beynəlxalq təcrübəyə yiyələnməsinə və bu sahədə peşə vərdişlərini təkmilləşdirməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bildi.

Əvvəlcədən razılaşmaya görə qabaqcıl media qurumlarının fəaliyyəti ilə yaxından tanış olmaq üçün ölkəmizdən treninqdə fəal iştirak edən bir qrup jurnalistin Pakistan paytaxtı İslamabada, qardaş ölkədən olan həmkarlarımızn isə Bakıya səfəri nəzərdə tutulurdu. Həmin vaxt yetişdi və həmkarlarımız sentyabrın 9-da paytaxtımıza təşrif buyurdu. 9 nəfərlik qrupdakı aşağıdakı jurnalistlər yer almışdı:

Məhəmməd Asgar - Pakistan İdman Yazarları Federasiyasınln baş katibi
Məhəmməd Şueeb - idman jurnalisti, “Daily Jang” qəzeti
Hina Malik - tələbə, “İqra National Universitetinin” Media Təhsili şöbəsi
Adnan Başir - idman jurnalisti, “Kasoti Digital”
Şahid Xan - idman jurnalisti, “News Network Internatıonal( NNI)”
Rehan Əhmad Xan - idman jurnalisti, frilans
Məhəmməd Umer - idman Jurnalisti, “Aayın” qəzeti
Mişah Ullah - idman jurnalisti, “Difa News” və MKTV
Tehsenn Ullah - idman jurnalisti, “Samaa” TV

Sentyabrın 9-da qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında AİJA rəsmiləri qarşıladı. Ayın 10-u səhər saatlarında isə qardaş ölkədən gəlmiş gənc jurnalistlər Fəxri Xiyabanı, Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət etdilər.

Milli mətbuatımızın banisi Həsən Bəy Zərdabinin xatirəsi də hörmətlə yad olundu. Treninq turu iştirakçıları Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın məzarlarına tər çiçəklər düzdülər.

Qonaqların Bakıya treninq turu 7 gün davam etdi. Onlar Pakistan İslam Respublikasının ölkəmizdəki səfirliyində qəbul edildilər, AzərTac, AzTV, İdman TV, Mətbuat Şurası, “Report” İnformasiya Agentliyini ziyarət etdilər. Bundan əlavə, həmkarlarımız Milli Olimpiya Komitəsi, Bakı Olimpiya Stadionu, AİJA-nın güləş bölməsi və bir neçə başqa media və idman qurumlarında oldular. Dünən isə Azərbaycan Milli Olimpiya Komitəsində AİJA-nın “Rəqəmsal idman jurnalistikası” layihəsinin 2-ci mərhələsinin Azərbaycan turunun yekunlarına həsr olunan tədbir keçirildi. Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, AİJA prezidenti Eldar İsmayılov və qonaqlar iştirak etdi.

Qonaqları və media nümayəndələrini salamlayan Çingiz Hüseynzadə belə layihələrin önəmindən danışdı və davamlı olmasını tövsiyə etdi. Qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması və xatirə fotosu ilə tədbirə yekun vuruldu.

Maraq üçün bildirək ki, əməkdaşımız İlkin Sultanlı da noyabrda həyata keçirilməsi planlaşdırılan azərbaycanlı idman jurnalistlərinin Pakistan səfərinə yollanacaq şəxslər arasında yer alacaq. O da "Rəqəmsal idman jurnalistikası" seminarında iştirak edib və beynəlxalq serfikata yiyələnib.

Paylaş:
Digər xəbərlər

Maraqlı

30-10-2022, 20:0

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının nümayəndələri Qətərdə həmkarları ilə görüşüblər

Aktual

6-05-2023, 21:0

"Qalatasaray" əfsanələri və Azərbaycan millisi arasında oyun keçiriləcək

Maraqlı

28-01-2023, 15:0

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bəyanat yaydı

Maraqlı

28-01-2023, 15:0

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bəyanat yaydı

İdman

17-05-2023, 14:0

"Qalatasaray" əfsanələri Heydər Əliyevin 100 illiyi şərəfinə toplanır

Manşet

10-05-2023, 11:0

Okan Buruk, Ərgün Pənbə, Hakan Ünsal və digər ulduzlar azərbaycanlılara qarşı mübarizə aparacaq - AÇIQLAMA

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 159
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 130
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə