"Sabah"ın oyunu təxirə salındı - ÖZƏL

15.09.2023 19:34 341
İdman / Manşet
Ölkəmiz FİBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək "Sabah" Serbiyanın paytaxtı Belqraddadakı hazırlığı davam etdirir.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, "tələbələr"in bu gün yerli komanda "Borac Zemun"la oynayacağı matç tərəflərin qarşılıqlı razılığı əsasında təxirə salınıb.

Qeyd edək ki, "Sabah" Serbiyadakı növbəti iki yoxlama oyununu yerli komandalardan "Srvena Zvezda-2" və "Zlatibor" ilə keçirəcək. Bu görüşlər, müvafiq olaraq, sentyabrın 16-sı və 17-də baş tutacaq.

CAVİD ƏLİYEV