PSJ-nin oyunçusu “2+1” aldı

13.10.2022 21:12 363
Dünya futbolu
Serxio Ramosun aqibəti məlum olub.

Football-plus.az xəbər verir ki, PSJ-nin ispaniyalı müdafiəçisi Liqa 1-in “Reyms”lə son oyununda (0:0) meydandan qovulmuşdu. Araşdırma nəticəsində Ramosun hakim Pyer Qayustu təhqir etdiyi müəyyənləşib. Liqa 1-in Nizam-İntizam Komitəsi yolverilməz davranışına görə ona “2+1” oyunluq cəza verib. Bu o deməkdir ki, 36 yaşlı Serxio Fransa çempionatının “Marsel” və “Ayaçço” ilə matçlarını buraxacaq. Ona kəsilən bir oyunluq cəza isə şərti xarakter daşıyır.