• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

16 yaşında dünyanı heyran edən istedad… - YAZI

Dünya futbolu / Yazarlar

13-09-2023, 20:0

Deyəsən, dünya futbolunda yeni ulduz yetişir.

Söhbət Gürcüstanla oyunda İspaniya yığmasının tarixinə düşən Lamin Yamaldan gedir. Onun cəmi 16 yaşı var. Yazda – 15 yaşında “Barselona”nın heyətində debüt edən, bu mövsüm artıq əsas heyətdə də görünən yeniyetmə istedad İspaniya yığmasında debüt oyununa çıxdı və dərhal da qol hesabını açdı. Əlbəttə, oyunun taleyini həll etmədi, sadəcə, 2-ci hissənini ortalarında fərqlənməklə yekun hesabı müəyyənləşdirdi.

Laminin oyundan sonra sevincdən gözləri parıldayırdı:

“Həm özümə, həm də komandaya görə sevinirəm. Belə debütü heç arzulaya da bilməzdim, odu ki, çox xoşbəxtəm. Bu yolu keçməkdə mənə yardım edən hər kəsə minnətdaram. Əlbəttə, bu yeniyetmələrdən ibarət yığmalarla müqayisədə yetərincə yüksək səviyyədi, ancaq indiki oyundaşlarımın da səviyyəsi yüksəkdi”.


“Barsa”nın start heyətində debüt, ilk məhsuldar ötürmə, yığma
2022-ci ilin payızında Yamal hələ “Barselona”nın heyətində yeniyetmələrin Çempionlar Liqasında oynayırdı, sonradan oyuna qoşulurdu. Yarım il sonra ilk arzusu gerçəkləşdi: 2023-ün aprelində 15 yaşlı oğlan La Liqada debüt etdi. Qavinin əvəzinə meydana çıxıb “Betis”ə qarşı 10 dəqiqə oynadı. Nəinki 12 dəfə topa toxundu, hətta qapıya zərbə də vurdu. Komandanın baş məşqçisi Xavi Ernandes oyundan sonra sevincini gizlətmədi: “Lamin çox yaxşı oynadı. Mən ona nələrisə etməyi tapşırdım, o da bacardı. Təsəvvür edirsizmi, 15 yaşında artıq xüsusi oyunçudu, qol vura, məhsuldar ötürmə verə bilir, özünəinamı var”.

“Barselona” akademiyasının sabiq direktoru Aureli Altimir isə Laminin Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirdi: “Lamin Leo deyil, ancaq ona hamıdan yaxındı. Meydanda 18-19 yaşlı futbolçuların etdiklərini bacarır. Anadangəlmə istedaddı”. Xavi də bu fikri bölüşür: “Hücum baxımından anadangəlmə istedaddı, beləsini tapmaq çətindi”.

Yamal yeni mövsümdən “Barselona”nın heyətində müntəzəm oynayır, baxmayaraq ki, yalnız yayda 16 yaşını tamamlayıb. “Xetafe” ilə oyunda sonradan meydana çıxıb, “Kadis”, “Vilyarreal” və “Osasuna” ilə oyunlarda isə start heyətində görünüb. Qavi “Vilyarreal”ın qapısına yol taparkən ona məhsuldar ötürməni məhz Yamal verdi, bununla da La Liqa tarixinə ən gənc assistent kimi düşdü (əvvəlki rekord Ansu Fatiyə məxsus idi). Oyunun ən yaxşı futbolçusu üçün ayrılan mükafat da Yamala verildi. Oyunsonrası açıqlamasında dedi ki, təzyiq onu qətiyyən qorxutmur, ailəsi oyununa görə narahat olur: “Start heyətində oynayanda anam mənə görə çox narahat olur, ancaq mənə ən çox dəstək verən də odu”.

İspaniyada yeni mövsüm cəmi bir aydı başlayıb, Lamin isə artıq özünü göstərməyi, hətta yığmanın baş məşqçisinin diqqətini də çəkməyi bacarıb. Luis de la Fuentenin onun haqda fikirləri: “Televizorda çox yaxşı görünürdü, ancaq indi iş başında daha yaxşıdı. 16 yaşı olsa da, meydanda daha yetkin futbolçu təsiri bağışlayır”.

Üç yığmadan birini seçə bilərdi
Yığma məsələsinə gəlincə, Laminin seçim imkanı geniş idi: anası Ekvatorial Qvineyadandı, atası isə Mərakeşdən. Yamal ənənələri və köklərini unutmur. Məsələn, butslarında hər iki dövlətin bayrağı, eləcə də LY 304 yazısı yer alıb. Hərflər ad-soyadın inisialına işarədisə, 304 də futbolçunun dünyaya gəldi Kataloniyanın Mataro şəhərinin indeksinin son rəqəmləridi.

Bəs Yamal yığma seçimi zamanı atası ilə anasını dinləyibmi, ümumiyyətlə, bu mövzuda hansısa tərəddüd keçiribmi? Gəlin, bu sualın cavabını özündən eşidək: “Həmişə İspaniyanın heyətində çıxış etmişəm, U-15 komandasından başlayaraq. Həmişə demişəm ki, İspaniya yığmasında oynamaq, bu komanda ilə Avropa və dünya çempionluğunu qazanmaq istəyirəm”.

Hərçənd ata Yamal başqa fikirdə idi, hətta bir dəfə belə demişdi: “Lamin Mərakeş adından çıxış etsə, çox qürur duyaram”. Belə desə də, bu yöndə oğluna təzyiq göstərməyib.

Təbii ki, mərakeşlilər belə ulduza sahib olmaq üçün əldən-ayaqdan gedirdi. “Relevo”nun yazdığına görə, bu ölkənin kralına yaxın olan adamlar Yamala zəng edərək Mərakeşin şərəfini qorumaqla bağlı dilə tutmağa çalışıblar. Hətta Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi də futbolçunun təmsilçiləri ilə əlaqə saxlayıb. Ancaq tərəzinin o biri – İspaniya gözü ağır gəlib.

Yamal artıq illərdi İspaniyanın müxtəlif yaş qrupu üzrə yığmalarının şərəfini qoruyur. Elə bu il “Barselona”nın 5 oyunçusu ilə birgə Macarıstanda keçirilən U-17-lər arasında Avropa çempionatına da qatılmışdı. Orda da özünü ən parlaq şəkildə göstərməyi bacardı. Sloveniya ilə oyunda penaltini qola çevrdi, Serbiya və İrlandiya ilə oyunlarda fərqləndi, Fransa ilə yarımfinal oyununda hesabı da açdı. Düzdü, son 18 dəqiqədə üç qol buraxan “qırmızı furiya” uduzdu və finala vəsiqə qazana bilmədi.

Maraqlıdı ki, RTVE-nin əməkdaşı Tbilisidəki oyundan sonra Lamina bir daha belə sualla müraciət edib:
- Mərakeşi seçmək imkanınız olduğu halda, İspaniya yığmasının heyətində yer almısız. Öz seçiminizdən məmnunsuzmu?
- Düşünürəm ki, sifətimə baxanda nə dərəcədə xoşbəxt olduğum görünür. İspaniyada bütün yolu keçmişəm – ümid edirəm ki, komanda ilə birgə hələ çox şeyə nail olacağıq.

Əlbəttə, Laminin hələ cəmi 16 yaşının olduğunu da unutmuruq. Dünya futbolunda yeniyetmə yaşlarında ondan da parlaq təsir bağışlayan, sadəcə, sonradan itib-batan yüzlərlə futbolçu olub. Həmin siyahını genişləndirib-genişləndirməmək Yamalın öz əlindədi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-05-2023, 13:0

15 yaşında rekordçu oldu

Dünya futbolu

9-09-2023, 18:0

Milli komandanın tarixinə düşdü

İdman

27-10-2022, 10:0

Oveçkin qələbə qollarının sayına görə 2-ci yerə yüksəldi

Dünya futbolu

19-05-2023, 15:0

“Barselona” – “Real”: 99:100

Dünya futbolu

6-06-2022, 09:0

"Barselona"nın futbolçusu İspaniya millisinin tarixinə düşüb

Aktual
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Son xəbərlər
  • Bu gün, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Bu gün, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Bu gün, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Bu gün, 20:33
    MY-də yeni qapıçı
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə