Azərbaycan futbolunda çoxlu maraqlı hadisə baş verir. Bu dəfə tərəflərdən biri Tural Bayramlıdı, o biri də “Səbail”.
“Football-plus.az”a daxil olan məlumata görə, hazırda “Araz-Naxçıvan”da çıxış edən yarımmüdafiəçi “dənizçilər”dən AFFA-ya şikayət edib. Tural klubun müqavilə şərtlərini yerinə yetirmədiyini bildirərək Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib.
Məsələ ilə bağlı araşdırma davam edir. Çox güman, problem Tural Bayramlının xeyrinə yekunlaşacaq. Bununla da “Səbail” yarımmüdafiəçinin müqaviləsində qeyd olunan öhdəlikləri yerinə yetirməli olacaq.
İLKİN SULTANLI
“Araz-Naxçıvan”ın futbolçusu bu klubdan AFFA-ya şikayət etdi
Premyer-liqa / Manşet






