"Gəncə" daha bir voleybolçu ilə müqavilə imzaladı

11.09.2023 16:29 330
İdman
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu Azərbaycan Yüksək Liqasına hazırlığı davam etdirir.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionatında debüt edəcək komanda heyətini yeni oyunçu ilə gücləndirib.

Gəncə təmsilçisi serbiyalı voleybolçu Tiana Yovanoviç ilə anlaşıb. Onunla müqavilə bir il müddətinə nəzərdə tutulub.

Ötən mövsümü ölkəsində “GZOK Serm” komandasında keçirən voleybolçu daha əvvəl “Jelezniçar", “Valyeva”, Belqrad”, “İnciya” və “ZOK Novi-Sad” klublarının da şərəfini qoruyub.

“Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, rusiyalı Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul