Rumıniya futbolunda qeyri-adi transfer reallaşıb. Bu barədə yerli “Gazeta Sporturilor” məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, populyar idman nəşrinin yazdığına görə, Rumıniyanın 2-ci divizionunda çıxış edən “Viitorul Tirqu-Giu” kamerunlu hücumçu Aziz Ncoy Njifakue ilə müqavilə bağlayıb. 24 yaşlı futbolçu yeni klubunun diqqətini “Luqojda”nın heyətində ölkə çempionatının 4-cü liqasında çıxış edərkən cəlb edib. Keçidin qəribə yönü odu ki,forvardın transferi “Viitorul Tirqu-Giu”ya iki metal konteyner hesabına başa gəlib. Yəni “Luqojda”nın qazancı konteyner olub!