• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Trabzonspor” 80 milyon avroluq oyunçunu transfer etdi

Dünya futbolu

11-09-2023, 15:0

Bu yay transfer dönəmində açıq-aşkar İstanbul nəhənglərinin kölgəsində qalan “Trabzonspor” son günlər yenidən fəallaşıb. Trabzon təmsilçisi yayda ulduz statusuna uyğun gələnlərdən yalnız xorvatiyalı Mislav Orşiçi transfer etmişdi ki, onun da diz bağları qopduğu üçün uzun müddətə sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, qaradənizlilər daha 2 futbolçunu heyətə qatıb. Bunlardan biri Batista Mendidi. “Nan”tın yetirməsi olan 23 yaşlı futbolçu son iki ili “Anje”də keçirmişdi. Bu kollektiv ötən mövsüm Liqa-1-i tərk etdiyindən Mendi klubunu dəyişmək istəyirdi. Fiziki göstəriciləri ilə diqqəti çəkən 191 sm boya malik fransalı dayaq yarımmüdafiəçisi srağagün Trabzona ayaq basıb. Tərəflər arasında dördillik müqavilə imzalanıb. Bu keçid “Trabzonspor”a 4,5 milyon avroya başa gəlib.

Amma “bordo-mavililər”in əsas “bombası” Nikolya Pepedi! Bir müddət öncə adı “Beşiktaş”la da hallanan tanınmış fransalı vinger sürpriz şəkildə “Trabzonspor”a transfer olunub. Baş məşqçi Nenad Byelitsanın da xeyir-duası ilə rəhbərlik bir andaca bu transferin üstünə düşərək fanatları sevindirib. “Foot Mercato”nun xəbərinə görə Pepe Byelitsa ilə telefonda söhbətləşdikdən sonra “Trabzonspor”un “1+1” illik təklfini qəbul etdi. 28 yaşlı fransalı vinger daha sonra onun üçün göndərilmiş xüsusi təyyarə ilə Fransadan Türkiyəyə gəldi. İlkin anlaşmadan sonra Pepe Türkiyəyə gəlib çıxmamış “Trabzonspor” forması ilə şəkil çəkdirməyə də razılıq verdi. Təyyarədə olarkən isə fanatlara bu mesajı göndərdi:

“Bu klubun bir parçası olduğuma görə sevincliyəm. Başqa təkliflər də var idi. Amma bu mövsüm Türkiyənin ən böyük klublarından biri ilə çempion olmaq istədiyim üçün bu təklifi qəbul etdim. Fanatlarımızla birlikdə bunu bacaracağıq. Ən qısa müddətdə görüşəcəyik. Bizə hər yer Trabzondu”.


Hələ ki keçidin maliyyə detalları barədə məlumat yoxdu. Qeyd edək ki, “Puatye”nin yetirməsi olan və peşəkar karyerasına burda başlayan Pepe daha sonra 4 il “Anje”nin şərəfini qoruyub. Onun ulduzu 2017-ci ildə 17 milyon avroya transfer olunduğu “Lill”də parladı. 2018/19-da Liqa-1-də vurduğu 22 qolla bombardirlər yarışında yalnız Mbappedən geri qalan futbolçu 2019-un yayında 80 milyon avroya böyük ümidlərlə “Arsenal”a transfer olundu. Amma məhz həmin andan etibarən Pepe karyerasında eniş yaşamağa başladı. Ona görə ödənilən pulun yaratdığı təzyiqin öhdəsindən gələ bilməyən və ümidləri doğultmayan Pepe 3 illik uğursuz “Arsenal” macərasının ardından ötən mövsümü icarə əsasında “Nitsa”da keçirdi (28 oyun, 8 qol, 1 ötürmə). London klubunda 112 qarşılaşmada 27 qol, 21 məhsuldar ötürməlik performans sərgiləyən və bu yay “Arsenal”dan ayrılaraq sərbəst oyunçuya çevrilən Pepe Türkiyədə yenidən yüksəlişə keçəcəyinə inanır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-07-2023, 19:0

Bartra “Trabzonspor”a lazım olmadı

Dünya futbolu

5-07-2023, 13:0

“Trabzonspor”da üç yeni transfer

Dünya futbolu

28-07-2023, 22:0

“Trabzonspor” iki günə iki qələbə qazandı

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə