Təlim-məşq toplanışı olacaq

9.08.2022 11:19 389
Ölkə futbolu
Avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandası 2 yoldaşlıq oyununda gücünü sınayacaq.

Football-plus.az xəbər verir ki, futzalçılarımız avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan yığması ilə qarşılaşacaq. Hər iki matç saat 18.00-da start götürəcək.

Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd futzalçıları dəvət edib.

qapıçılar - Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19);

oyunçular - İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).