Polşa ilə oyun üçün 14 futzalçı

5.03.2023 12:16 263
Yığma
Futzal üzrə Azərbaycan millisi martın 7-də Polşanın qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız Bakı-İstanbul-Berlin reysi ilə səfərə çıxıb. Joze Alesio da Silva Koşalinə 14 futzalçı ilə yollanıb:

Qapıçılar - Emin Kürdov, Rövşən Hüseynli;
Oyunçular - Eduardo Borges, Rafael Vilela, Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Tyaqo Bolinya, Ramiz Çovdarov, Fineo, İsa Atayev, Qallo, Hadi Ahmadi.