"Milli ilə səyahətim bitməyib" - Ronaldo

21.09.2022 09:50 358
Dünya futbolu
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo kapitanı olduğu Portuqaliya millisi ilə bağlı gələcək planlarından danışıb.

"Footbal-plus.az" xəbər verir ki, 37 yaşlı futbolçu "Renascenca"ya açıqlamasında bildirib ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatında da oynamaq istəyir:

"Ümid edirəm ki, daha bir neçə il milli komandada oynayacağam. Mənim ambisiyalarım böyükdü. Hələ də özümü çox motivasiyalı hiss edirəm. Milli ilə səyahətim bitməyib. Milli komandamızda keyfiyyətli gənclər çoxdu. Qarşıda dünya çempionatı var və mən isə növbəti Avropa çempionatında da oynamaq istəyirəm”.


Qeyd edək ki, Ronaldo Portuqaliya millisində 117 qol vurub. Bu isə milli komandalarda vurulan qol sayına görə dünya rekordudu.