Maraqlıdı ki, bunlardan yalnız ikisi çox erkən saata – 17.00-a təyin olunub. Əlbəttə, söhbət yığmamızın Belçika ilə ev oyunundan və Qazaxıstan – Şimali İrlandiya qarşılaşmasından gedir. Təbii ki, 17.00 şənbə günü keçirilən bir oyun üçün çox erkən başlama saatıdı. Bunun səbəbini aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik:
"Yığmaların oyunu ilə bağlı prosedur qayda elədi ki, UEFA başlama saatını təyin edir. Oyun gün ərzində saat 17.00-dən 23.00-a kimi başlaya bilər. Millimizin oyunu da 17.00-a təyin olunub".
ABDULLA İSMAYILOĞLU





