U-21 millimizin oyunları bu stadionda keçiriləcək

15.08.2023 10:00 233
Yığma
21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki oyunun stadionu müəyyənləşib.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, millimizin oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq komandasına qarşı oyunu "Dalğa Arena"da keçiriləcək.

Oyunların başlama vaxtı isə hələ dəqiqləşməyib.