AFFA bu kluba sentyabrın 20-dən sonra ödəniş edəcək - AÇIQLAMA

7.09.2023 13:30 456
Ölkə futbolu / Manşet
"Mingəçevir” 1-ci liqada çıxış edəcək klublar sırasındadı. Bölgə təmsilçisi yeni mövsümə ciddi hazırlaşır. Şəhər stadionunda işlər görülür, çatışmazlıqlar aradan qaldırılır.

Bu məqamlarla bağlı redaksiyamıza xoşagəlməz məlumat daxil olub. Sən demə, arenada yeni tikilən süni örtüklü meydançanın inşasına fasilə verilib. Buna səbəb AFFA-nın layihəylə bağlı tenderin qalibi olan şirkətə lazımi vəsaiti ödəməməsidi.

Görəsən, qurum niyə söz verilən maliyyəni çatdırmır? Problem nədən qaynaqlanır?

Sualımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq. Qurum rəsmisi problemlə bağlı “football-plus.az”a açıqlamasında bunları söylədi:

“Təyin edilmiş vəsaitin bir qismini kluba çatdırılıb. Qalanını isə sentyabrın 20-dən sonra ödəyəcəyik. Təbii ki, işlərin tez zamanda görülməsinin tərəfdarıyıq. Lakin indi hər yerdə gecikmələrə rast gəlmək mümkündü. Bəzən klublar futbolçuların pulunu gecikdirir, bəzən də belə hallar olur...”.

KƏNAN BAHADIR