“Kəpəz” qanalı futbolçu ilə müqavilə bağlayıb, icarəyə verib

6.09.2023 15:15 242
Ölkə futbolu
“Kəpəz” qanalı futbolçu Ezekiel Morqanı transfer edib.

"Football-plus.az" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi gəncəlilərlə 2+1 illik müqavilə bağlayıb.

Ancaq o, bu mövsüm bölgə təmsilçisində çıxış etməyəcək. Çünki Morqan I Liqa klubu “İmişli”yə icarəyə verilib.

Qeyd edək ki, Ezekiel Morqanın sonuncu klubu ölkəsində “Tudu Mayti Gets” olub.