"Kəpəz" "Səbail"in futbolçusunu icarəyə götürüb

13.07.2023 10:52 254
Ölkə futbolu
Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi "Səbail"dən Elmir Tağıyevi icarəyə götürüb.

"Sarı-göylər" 23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb.