"Sabah" "Qalatasaray"ın sabiq futbolçusunu transfer etdi

5.09.2023 15:30 234
Ölkə futbolu
"Sabah" heyətinə yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar" bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

Paytaxt təmsilçisi nigeriyalı Cessi Sekidikanı transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb. Afrikalı futbolçu 70 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı vinger karyerası ərzində Türkiyədə "Əskişəhərspor", "Qalatasaray", "Konyaspor", "Eyüpspor" və "Ümraniyəspor" klublarının formasını geyinib.