Qadın voleybolçulardan ibarət millimizin baş məşqçisinə köməkçi təyin olundu

16.05.2023 13:10 296
İdman
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin köməkçisi bəlli olub.

“Football-plus.az” xəbər verir ki, bu vəzifəni Gençer Yarkın yerinə yetirəcək.

O, yığmada fiziki hazırlıq üzrə məşqçi olacaq.

Qeyd edək ki, Ataman Güneyligil Azərbaycan yığmasına mayın 15-də təyin olunub. 39 yaşlı Gençer Yarkın isə əvvəllər Türkiyənin “Qalatasaray” klubunda eyni vəzifəni icra edib.