Voleybol Federasiyasında hökm sürən qeyri-müəyyənliklər

25.03.2022 21:10 598
İdman / Manşet
Voleybol üzrə milli komandamızın Gümüş Avropa Liqasında iştirakdan imtina etməsi ilə bağlı xəbərlər yayılıb.

Görəsən, yığmamız niyə bu mötəbər turnirdə çıxış etmək istəmir? Səbəblər nədi? Bunu öyrənmək üçün Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxladıq. Qurum rəsmisinin "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Bu məsələ ilə bağlı son günlərdə çox sayda suallar alırıq. Ancaq rəsmi açıqlamanı federasiya martın 28-də bəyan edəcək. Səbəblərlə əlaqəli olaraq dəqiq məlumat yoxdu".


Şəfəq xanımdan milli komandalara yeni baş məşqçi təyinatları ilə bağlı məlumat almaq istəsək də, Kərimova bu məsələ ilə əlaqəli ətraflı açıqlamanın apreldə veriləcəyini bildirdi.

SƏNƏM FƏRHADOVA